Makaronda Listeria bakteriyası TƏHLÜKƏSİ: ABŞ də 6 nəfər ölüb, onlarla insan xəstəxanadadır
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-də hazır makaronlardan yayılan "Listeria" bakteriyası bir neçə insanın həyatına son qoyub.
BAKU.WS NBC News-a istinadən xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) açıqlama yayaraq ölkənin 18 ştatında "Listeria" yoluxmalarının qeydə alındığını bildirib.
Məlumata əsasən, əvvəlcədən bişirilərək qablaşdırılan hazır makaronlar bakteriyanın əsas mənbəyidir. Bu məhsullardan zəhərlənən 6 nəfər ölüb, bir qadın isə hamiləlik itkisiylə üzləşib.
Ümumilikdə 27 yoluxma hadisəsi müəyyən edilib, onlardan 25-i xəstəxanaya yerləşdirilib.
FDA təhlükəli hesab edilən makaron məhsullarının bazar dövriyyəsindən çıxarıldığını açıqlayıb.
Mütəxəssislər qeyd edirlər ki, "Listeria" bakteriyası xüsusilə hazır və uzun müddət soyuducuda saxlanılan qidalarda çoxalır və hamilə qadınlar, yaşlılar, eləcə də immun sistemi zəif olan şəxslər üçün ölümcül ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 Noyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















