Icma.az
close
up
RU

ABŞda məktəbə hücum edənin manifesti dərc olunub: İlham mənbəyi türkdür

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

ABŞ-da bu yaxınlarda məktəbə hücumu həyata keçirən 17 yaşlı Natali Rupnovun manifestinin üstü açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, üç nəfəri öldürməzdən əvvəl yazdığı manifestdə təcavüzkar Əskişəhərdə bıçaqlı hücumları həyata keçirən Arda K-dan ilhamlandığını bildirib.

Rupnow-un sosial media hesabında paylaşdığı manifestdə digər soyuqqanlı detallar da yer alıb.

Rupnow, manifestində hücumçunu “son müqəddəs” kimi təsvir edərək, onun hərəkətlərindən təsirləndiyini və onun kimi davranmağa can atdığını bildirib.

Amerikalı hücumçu Arda K-ni hədəfinə doğru qətiyyətlə hərəkət edən bir fiqur olaraq xarakterizə edib.

Ötən aylarda Əskişəhərdə çay bağçasında oturan 5 nəfəri bıçaqlayan Arda K, hücum anını sosial şəbəkədə yayımlayıb.

Hücumu həyata keçirən 18 yaşlı Arda özünü nasist kimi qələmə verib.

Təcavüzkar ilk olaraq altı səhifəlik manifestində həyat hekayəsini danışır.

Ailəsini sevmədiyini ifadə etməkdən çəkinməyən hücumçu, manifestində onlardan bəhs edərkən “köpük” ifadəsini işlədir.

Ailəsinin onu sevmədiyini düşünən hücumçu onu ailənin “problemli uşağı” kimi gördüklərini iddia edir.

O, həmçinin bildirib:

“Mən səhv insan doğulmuşam. Ailəm murdar insanlardır. Bir müddət silah alıb özümü öldürməyi düşündüm, amma daha yaxşı planlarım var.”

Hücumdan əvvəlki dövrdə hiss etdiklərini izah edən hücumçu, “İnsanlara və cəmiyyətə nifrət etməyə başladım, bu, mənim günahım deyil” yazıb.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri