ABŞda naməlum şəxslər hərbi anbara daxil olaraq 3 avtomobili oğurlayıblar
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Naməlum şəxslər Kaliforniya ştatının Tustin şəhərində ABŞ ordusunun anbarına daxil olaraq 3 Humvee və digər hərbi texnikanı oğurlayıblar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bizimyol.info xəbər verir ki, bu barədə yerli polisin "Facebook" səhifəsində yerləşdirilmiş mesajda bildirilib.
“Yanvarın 8-i çərşənbə günü naməlum şəxslər Tustindəki Ordu Ehtiyat Mərkəzinin anbarına daxil olublar. Çoxlu saxlama şkaflarında qıfılların qırıqları və çatışmayan avadanlıq aşkar edilib”, - deyə mətndə qeyd edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayəti törədən şəxslər 3 avtomobildən əlavə 8 ədəd maşına quraşdırılmış pulemyot dayağı, tibbi avadanlıq, 40 cüt durbin, 18 süngü oğurlayıblar.
İtmiş silah və sursatlar barədə tam məlumat verilməyib. Polis araşdırma aparır.
Qadir, Bizimyol.info
Baxış sayı:118
Bu xəbər 11 Yanvar 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















