Icma.az
close
up
RU
Yeməkdən sonra şirniyyat istəyi normaldır?

Yeməkdən sonra şirniyyat istəyi normaldır?

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi insanlarda yeməkdən dərhal sonra, hələ süfrədən qalxmadan şirniyyat yemək arzusu yarana bilər. Mütəxəssislər bildirir ki, belə hallarda qəbul edilən qidanın tərkibinə diqqət yetirmək lazımdır. Yetərli miqdarda su içmək də qəfil şirniyyat istəklərini azalda bilər.

Milli.Az xəbər verir ki, şirniyyat yemək tələbatı əsasən qan şəkərinin dalğalanması, istifadə olunan karbonhidrat növləri, bağırsaq hormonlarının təsiri və beynin mükafatlanma mexanizmi ilə əlaqəlidir. Xüsusilə qan şəkərini sürətlə yüksəldən karbohidratlı yeməklərdən sonra beyin "enerjiyə ehtiyacım var" siqnalı göndərir. Emal edilmiş qidaların azaldılması, lifli məhsulların artırılması və su içmə vərdişinin gücləndirilməsi şirniyyat istəyinin qarşısını almağa kömək edir.

Anadolu Sağlamlıq Mərkəzinin qidalanma və pəhriz mütəxəssisi Derya Eren bildirir ki, sağlam insanlarda yeməkdən sonra şirniyyat istəyi adətən xəstəlik əlaməti deyil, orqanizmin qan şəkərini tənzimləyərkən verdiyi təbii reaksiyadır.

Eren bildirir ki, yeməkdən sonra insulinin yüksəlməsi ilə qan şəkəri düşməyə başlayır və bu yüngül eniş beyinə şirniyyat yolu ilə sürətli enerji ehtiyacı mesajı göndərə bilər. Problemi yaradan sadəcə şəkərin azalması deyil, azalmanın sürətidir.

Onun sözlərinə görə, aparılan araşdırmalar sadə karbonhidratlarla qidalanan insanlarda bu istəyin daha güclü göründüyünü təsdiqləyir.

Dünya Səhiyyə Təşkilatı isə gündəlik sərbəst şəkər qəbulunun ümumi kalorinin 5%-ni keçməməsini tövsiyə edir. Şirniyyat istəyini idarə etmək isə mümkündür. Derya Eren bunun üçün aşağıdakı tövsiyələri verir:

Balanslı qidalanma, liflə zəngin yeməklər

Qan şəkərini qəfil yüksəltməyən aşağı qlisenik indeksli karbonhidratlar

Kifayət qədər protein və sağlam yağlar

Bu model ani qan şəkəri düşməsinin qarşısını alır

Daimi yuxu rejimi, stresin idarə edilməsi, qısa piyada gəzintilər və kifayət qədər maye qəbulu da şirniyyat istəyini azaldır

Davranış texnikaları, porsiya nəzarəti və sağlam alternativ şirniyyatlar da təsirli ola bilər

Duyğusal səbəblər də şirniyyata yönəldə bilər

Araşdırmalar göstərir ki, yeməkdən sonra dopamin reaksiyası zəif olan insanlarda şirniyyat istəyi daha qabarıq olur. Dopamin beynin həzz, motivasiya və mükafat hisslərini tənzimləyən kimyəvi maddədir və şəkərli qidalar dopamin istehsalını artırır.

Eren bildirir ki, şirniyyat istəyi təkcə bioloji deyil, həm də davranış xarakterli ola bilər:

"Stres, narahatlıq, yorğunluq, yuxusuzluq və mükafat mexanizminin həddindən artıq aktivliyi şirniyyat istəyini gücləndirə bilər. Araşdırmalar göstərir ki, stres zamanı kortizol yüksəlir və bu, karbohidrat yönümünü artırır. Xüsusilə emosional yemə davranışı olan insanlarda şirniyyat istəyi daha tez-tez və daha güclü şəkildə müşahidə olunur."
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri