Icma.az
close
up
RU
ABŞdan sonra Fransa da yaşıl işıq yandırdı: Rusiyada çaxnaşma

ABŞdan sonra Fransa da yaşıl işıq yandırdı: Rusiyada çaxnaşma

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Bayden administrasiyası Rusiya ərazisində ABŞ-ın uzaqmənzilli silahlarının istifadəsinə icazə verdikdən sonra bütün gözlər Avropaya çevrildi.

Bizimyol.info xəbər verir ki, Fransa xarici işlər naziri Jan Noel Barrot Parisin Fransanın uzaqmənzilli raketlərinin istifadəsinə icazə verməyə açıq olduğunu desə də, mövzu ilə bağlı ilk açıqlama Kremldən gəlib.

Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gətirilməsindən sonra ABŞ prezidenti Co Baydenin Kiyevə Rusiya ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə etmək icazəsi verməsi bu gün dünyanın gündəm mövzusu olub.

Ağ Evin səssiz qaldığı məsələ ilə bağlı ilk açıqlama Kremldən gəldi. Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin sentyabr ayında verdiyi bəyanatda heç bir dəyişiklik olmadığını vurğulayaraq, Ukraynanın Rusiyanın daxili ərazilərinə qarşı hücumlarda ABŞ istehsalı olan silahlardan istifadə etməsinin gərginliyi artıracağını və ABŞ-ın münaqişəyə qarışması anlamına gəldiyini bildirib.

Peskov ABŞ-ın qərarından daha əvvəl xəbərdar olmadıqlarını və Qərb mediasında gedən xəbərlərdəki münasibəti oxuduqlarını bildirib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ABŞ-ın məhdudiyyətləri aradan qaldırmaq qərarından sonra Avropa ölkələrinin də oxşar qərarlar verə biləcəyinə ümid etdiyini bildirib. Ukraynanın Rusiya daxilindəki hərbi hədəfləri vurmaq üçün Qərb silahlarından istifadə edə bilməsi lazım olduğuna inandığını vurğulayan Borrell, üzv ölkələrin bu mövzuda razılığa gələcəyinə ümid etdiyini bildirib.

AB-nin ən mühüm hərbi gücü olan Fransa ABŞ-ın qərarını birbaşa dəstəkləməsə də, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Fransanın Ukraynaya verdiyi raketlərin Ukrayna ərazisinə hücum edən Rusiya hərbi hədəflərinə qarşı istifadəsinin hələ də davam etdiyini bildirib: "Biz açıq şəkildə dedik ki, bu, nəzərdən keçirəcəyimiz variantdır. Ukraynanın mübarizəsi bizim mübarizəmizdir", - deyib.

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp ABŞ-ın qərarını çox vacib adlandırıb: “Mənim fikrimcə, prezident Putin yalnız yerdəki faktları dinləyir. Ona görə də ABŞ-ın qərarını çox önəmli hesab edirəm”, - deyib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə Qərb siyasətində heç bir dəyişiklik olmadığını vurğulayıb.

Böyük Britaniyanın “Storm Shadow” raketləri ilə bağlı oxşar qərar verib-verməyəcəyi də maraq doğurur. Məsələ ilə bağlı Londondan hələlik heç bir açıqlama verilməyib.

"New York Times" qəzetində yer alan xəbərə görə, məhdudiyyətlərdən azad olan Ukrayna Rusiyaya hücum hazırlığına başlayıb. Qərb mətbuatında yayılan xəbərlərdə ilk hücumun bir neçə gün ərzində həyata keçirilə biləcəyi iddia edilir.

Rusiyanın Voronej vilayətindən olan adı açıqlanmayan rəsmi “Verstka” müstəqil yayımçıya verdiyi açıqlamada Ukraynanın raket hücumu ehtimalının panikaya səbəb olduğunu deyib: "Əşyalarımızı yığıb, yaxınlarımızı buradan uzaq bir yerə aparmalıyıq", - deyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri