ABŞdə prezident seçkisi: İlk rəqəmlər açıqlandı
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezident seçkisində seçicilərin üçdə birindən çoxu vaxtından əvvəl səs verib.
Bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası məlumat yayıb.
Onun məlumatına görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub.
Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir.
Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.
Oxu.az

ABŞdə prezident seçkisi: İlk rəqəmlər açıqlandı
05 Noyabr 2024 23:00
ABŞdə prezident seçkisi: İlk rəqəmlər açıqlandı Yeni Sabah
05 Noyabr 2024 22:58
ABŞdə prezident seçkiləri: İlk rəqəmlər açıqlandı KONKRET
06 Noyabr 2024 00:36
ABŞdə prezident seçkisi? Azərbaycan Birinci!
09 Noyabr 2024 20:42

