Icma.az
close
up
RU
Tədqiqat: İnsanların boyla bağlı narazılıqları qısqanclıq hisslərinə təsir edir

Tədqiqat: İnsanların boyla bağlı narazılıqları qısqanclıq hisslərinə təsir edir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 iyun, AZƏRTAC

“Evolutionary Behavioral Sciences” jurnalında dərc edilmiş araşdırmaya görə insanın təkcə həqiqi boyu deyil, öz boyu ilə bağlı psixoloji təsəvvürləri paxıllıq, qısqanclıq və rəqabət kimi sosial davranış formalarının formalaşmasında mühüm rol oynaya bilər.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, hündürboy insanlar çox vaxt daha dominant, cəlbedici və bacarıqlı kimi qəbul edilir, və bir qayda olaraq, romantik və peşəkar kontekstdə daha müsbət münasibətə nail olurlar. Bu üstünlüklər kişilərə daha çox xas olsa da, boy ideallarına uyğunlaşma istəyi hər iki cinsə xasdır. Əvvəlki araşdırmalar göstərirdi ki, qısa boylu kişilər daha çox qısqanclıq ifadə edir, qarşılıqlı əlaqədə özlərini daha az dominant hiss edirlər. Bununla belə, insanın boyu ilə bağlı narazılığın psixoloji təsiri bundan əvvəl hələ hərtərəfli öyrənilməyib.

Tədqiqatçılar boyun fiziki və psixoloji aspektlərini və onların cinsdaxili rəqabətin müxtəlif formaları ilə necə əlaqəli olduğunu araşdırıblar. Tədqiqatda 302 yetkin ABŞ sakini iştirak edib. İştirakçıların yaş həddi 20 ilə 72 arasında, orta yaş təxminən 37 təşkil edib. İştirakçıların təxminən 63 faizi kişilər idi və onların təxminən dörddə üçü özünü ağdərili kimi müəyyən etmişdi. İştirakçılar həqiqi boylarını, ideal boylarını və boydan narazılıq səviyyəsini ölçən bir sıra anketlər doldurdular.

Cinsidaxili rəqabəti ölçmək üçün tədqiqatçılar üç komponentdən ibarət 12 maddəlik şkaladan istifadə ediblər: paxıllıq (cazibədar həmyaşıdlara qarşı antipatiya), qısqanclıq (iddialı həmyaşıdlara qarşı antipatiya) və rəqabət qabiliyyəti (eyni cinsdən olanları üstələmək istəyi). İştirakçılar hər bir ifadə ilə nə dərəcədə razılaşdıqlarını 7 ballıq şkala ilə qiymətləndirirdilər. Boydan narazılıq iki sualla qiymətləndirilirdi: biri – ucaboy olmağı arzu edib-etmədiyini, digəri - boydan razı olub-olmadığını soruşurdu.

Gözlənildiyi kimi, həm kişilər, həm də qadınlar əslində olduğundan daha hündür olmaq istəyirdilər. Orta hesabla, kişilər rəqabət qabiliyyətinin paxıllıq və ya qısqanclıqdan daha yüksək olduğunu qeyd edirdilər, qadınlar isə digər iki xüsusiyyətdən daha çox paxıllığı qeyd edirdilər. Cinslər arasında qadınlar kişilərdən daha çox paxıllıq edirdilər, lakin kişilər ümumiyyətlə daha hündür olsalar da, qadınlardan daha hündür boy istəyində idilər.

Tədqiqatçılar müəyyən ediblər ki, daha qısa boylu olanlar və ya boylarından daha az qane olan insanlar eyni cinsdən olan həmyaşıdlarına münasibətdə paxıllığa, qısqanclığa və rəqabətə meyilli idilər. Bu təsirlər kişilərdə xüsusilə güclü şəkildə özünü büruzə verirdi. Qadınlarda fiziki boy rəqabət qabiliyyəti ilə o qədər də əlaqəli deyildi, lakin daha hündür olmaqla bağlı psixoloji istək daha güclü idi.

Müəlliflər ehtimal edirlər ki, gələcək tədqiqatlar boydan narazılığın daha balanslı və nüanslı ölçülərindən faydalana biləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri