Neymar “Formula 1” yarışında diqqət mərkəzinə düşdü VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar “Formula-1” üzrə San-Paulu Qran-prisində diqqət mərkəzinə düşüb.
İdman.Biz UOL nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu noyabrın 8-də İnterlaqos avtodromunda keçirilən yarışın finişində damalı bayrağı dalğalandırıb.
Neymar bununla 71 dövrəlik yarışın başa çatması siqnalını verib.
Braziliyalı ulduz yarışdan əvvəl paddokda da olub. O, “Red Bull” komandasının pilotu Maks Ferstappenlə görüşərək ona “Santos”un formasını hədiyyə edib.
San-Paulu Qran-prisinin qalibi “Maklaren”in britaniyalı pilotu Lando Norris olub. O, 2025-ci ildən sonra İnterlaqosda ardıcıl ikinci qələbəsini qazanıb.
İkinci yeri Maks Ferstappen tutub. Onun “Red Bull”dakı komanda yoldaşı İsak Hacar isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Neymar əvvəllər də Braziliyada və Avropada keçirilən “Formula-1” yarışlarını izləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Noyabr 2026 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















