Icma.az
close
up
RU
Abşeron idmançı yetirmələrini alqışladı

Abşeron idmançı yetirmələrini alqışladı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xırdalandakı Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli”ndə idman sahəsində uğur qazanan yerli idmançılarla görüş keçirilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, olimpiadalarda, Dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil etdiklərini bildirən rayon rəsmisi qeyd edib ki, görüşün keçirilməsində məqsəd idman sahəsində uğur qazanan Abşeron yetirməsi olan gənclərin tanıdılması, yeni nəslin idmana, fiziki fəallığa marağının artırılması, eləcə də asudə vaxtın səmərəli təşkilini təşviq etməkdir. 

Çıxış edənlər Abşeron idmançılarının qalibiyyət əldə etməsində böyük qələbəmizin yaratdığı mənəvi gücdən, ölkə və rayon rəhbərliyinin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan söz açıblar, gənc idmançılara yeni uğurlar arzulayıblar.

Bugünlərdə kuraş üzrə Avropa çempionu olmuş Xalid Məmmədovun babası, veteran hərəkatı fəalı Xalid Kərimov və məşqçi Elməddin Əhmədov görüşün təşkilinə və rayonda idmançılara göstərilən diqqət və qayğıya görə Abşeron Rayon İcra Hakimiyyətinə öz təşəkkürlərini bildiriblər.

Sonda Abşeron rayonunun yetirmələri Xalid Məmmədov (kuraş), Səma Abbasova (boks), Rəşad Quluzadə (qol güləşi) respublika və beynəlxalq yarışlarda yüksək nəticələrə, rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına və “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunublar. 

L.AZAD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri