Icma.az
close
up
RU
Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilib FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilib FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2020-ci il 27 sentyabr tarixində başlanan haqq savaşı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı ilə xalqımız düşmən üzərində şanlı qələbəsi ilə yekunlaşdı.  Vətən Müharibəsində sinəsini qabağa verən, torpaqlarımızı düşməndən geri alan Vətən oğulları göstərdikləri qəhrəmanlıqları ilə bizi bütün dünyada qalib dövlət kimi tanıtdırdılar.

"Unikal" xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhidlərimizin xatirələri daima əziz tutulur, onlar həm doğum günlərində, həm də ildönümlərində yad edilir. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan abşeronlu igidlər bu günlərdə ildönümlərində yad edilib. Şəhidlərimiz Hüseyn Nəcəfzadə, Əli Ələkbərov, İlqar Vəliyev, Seymur Bədəlov və Nicat Qarazadə doğum günlərində, Nurlan Mustafayev, Vüsal Musayev, Daşdəmir Paşayev, Malik Əliyev, Röyal Ələkbərov, Əli Ələkbərov, Elvin Əlimərdanov, Ramid Hacıyev, Elşən Müslümov, Rəhim Hüseynov, Səxavət Abbasov, Rəşad Mehdiyev, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, Fuad Haşımov, Mənsur Əhmədov, Afiq Qulamlı, Elsevər Paşayev, İlkin Xosrovzadə, Fərid Məmmədov, Gülverdi Qasımov, Fərid İlyasov, Azər Salmanov, Rauf İbadov, Ziyəddin Rəşidov, Qadir Heydərov, Teymur Quliyev, Bəhmən Verdiyev, Zaur Ələsgərli, İlkin Məmmədov, Tural Məmmədov, Babək Allahverdiyev, Fəzail Əliyev və Əli Əliyev anım günlərində yad edilib, qəbirüstü abidələri ziyarət olunub, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşülərək onların qayğıları və problemləri ilə maraqlanılıb. Həmçinin Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin həyatından bəhs edən filmin təqdimatı keçirilib.

Ziyarət və görüşlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Keçirilən görüşlərdə bildirilib ki, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində soydaşlarımız işğaldan azad olunmuş ərazilərdə tam təhlükəsizlik şəraitində öz həyatlarını yaşamağa davam edirlər. Beynəlxalq aləmdə baş verən münaqişələri diqqətə çatdıran RİH başçısı ölkəmizdə sabitliyin hökm sürdüyünü, Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini, hərbi gücümüzün günü-gündən artdığını və bundan sonra da baş verə biləcək  təxribatların yerindəcə cavablandırmağa hazır olan orduya malik olduğumuzu qeyd edib.

Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:422
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri