Icma.az
close
up
RU
Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilib FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilib FOTOLAR

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2020-ci il 27 sentyabr tarixində başlanan haqq savaşı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı ilə xalqımız düşmən üzərində şanlı qələbəsi ilə yekunlaşdı.  Vətən Müharibəsində sinəsini qabağa verən, torpaqlarımızı düşməndən geri alan Vətən oğulları göstərdikləri qəhrəmanlıqları ilə bizi bütün dünyada qalib dövlət kimi tanıtdırdılar.

Pravda.az xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhidlərimizin xatirələri daima əziz tutulur, onlar həm doğum günlərində, həm də ildönümlərində yad edilir. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan abşeronlu igidlər bu günlərdə ildönümlərində yad edilib. Şəhidlərimiz Hüseyn Nəcəfzadə, Əli Ələkbərov, İlqar Vəliyev, Seymur Bədəlov və Nicat Qarazadə doğum günlərində, Nurlan Mustafayev, Vüsal Musayev, Daşdəmir Paşayev, Malik Əliyev, Röyal Ələkbərov, Əli Ələkbərov, Elvin Əlimərdanov, Ramid Hacıyev, Elşən Müslümov, Rəhim Hüseynov, Səxavət Abbasov, Rəşad Mehdiyev, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, Fuad Haşımov, Mənsur Əhmədov, Afiq Qulamlı, Elsevər Paşayev, İlkin Xosrovzadə, Fərid Məmmədov, Gülverdi Qasımov, Fərid İlyasov, Azər Salmanov, Rauf İbadov, Ziyəddin Rəşidov, Qadir Heydərov, Teymur Quliyev, Bəhmən Verdiyev, Zaur Ələsgərli, İlkin Məmmədov, Tural Məmmədov, Babək Allahverdiyev, Fəzail Əliyev və Əli Əliyev anım günlərində yad edilib, qəbirüstü abidələri ziyarət olunub, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşülərək onların qayğıları və problemləri ilə maraqlanılıb. Həmçinin Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin həyatından bəhs edən filmin təqdimatı keçirilib.


Ziyarət və görüşlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Keçirilən görüşlərdə bildirilib ki, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində soydaşlarımız işğaldan azad olunmuş ərazilərdə tam təhlükəsizlik şəraitində öz həyatlarını yaşamağa davam edirlər. Beynəlxalq aləmdə baş verən münaqişələri diqqətə çatdıran RİH başçısı ölkəmizdə sabitliyin hökm sürdüyünü, Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini, hərbi gücümüzün günü-gündən artdığını və bundan sonra da baş verə biləcək  təxribatların yerindəcə cavablandırmağa hazır olan orduya malik olduğumuzu qeyd edib.

Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Noyabr 2024 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see207

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see143

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see135

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see130

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see124

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see121

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see121

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see121

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see121

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see120

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see120

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see118

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see117

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see117

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see117

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see115

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see115

Fikrət Sadığın anadan olmasının 95 ci ildönümü qeyd olundu Fotolar

11 İyun 2025 20:40see115

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri