Netanyahu İranın nüvə proqramına qarşı əməliyyatın hazırlanması əmrini 2024 cü ilin noyabrında verib
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“Əslində mən bu əmri müdafiə strukturlarının rəhbərliyinə altı aydan da əvvəl, noyabrın 24-də vermişəm. Sənəd məndədir. Bu, İranın nüvə proqramının faktiki olaraq yox edilməsi əmridir”, - o, baş nazirlik aparatının yaydığı videomüraciətdə əlində A4 formatlı vərəq göstərərək deyib.
Netanyahu əlavə edib ki, bu əməliyyata hazırlığa başlamaq qərarı İsrail ordusunun 2024-cü ilin sentyabrında Livanda “Hizbullah” partiyasının baş katibi Həsən Nəsrullah başda olmaqla, qruplaşmanın rəhbərliyinin aradan qaldırmasından qısa müddət sonra verilib.
İsrail Baş naziri qeyd edib ki, ilkin olaraq İrana zərbələrin bu ilin aprel ayının sonunda başlaması planlaşdırılırdı, amma müəyyən səbəblərə görə bu əməliyyat ertələnib.
Baxış sayı:90
Bu xəbər 13 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















