Icma.az
close
up
RU
“Abşeron” yatağında ikinci mərhələ

“Abşeron” yatağında ikinci mərhələ

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənməsinin ikinci fazası üzrə ilkin layihələndirmə mərhələsi başlayıb. Bu barədə “TotalEnergies” şirkətinin Bakı ofisi açıqlama yayıb.

Şirkətin məlumatına əsasən, “Abşeron” yatağının tammiqyaslı işlənilməsi mərhələsi il ərzində yekun investisiya qərarının qəbul olunmasına hazır olmaq məqsədilə 2025-ci ilin əvvəlindən başladılıb. Qurumdan o da bildirilib ki, “Abşeron” yatağının 2023-cü ilin iyul ayından etibarən fəaliyyət göstərən və illik 1,5 milyard kubmetr qaz, sutkalıq 12 min barel kondensatın hasilatını təmin edən ilkin işlənmə mərhələsi çərçivəsində hasilat sabit və təhlükəsiz səviyyədə davam etdirilir. Yeri gəlmişkən, “Abşeron” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına 2023-cü il iyulun 10-da başlanılıb. Həmin ilin sonunadək JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti tərəfindən “Abşeron” yatağından 0,3 milyon ton kondensat və 0,8 milyard kubmetr qaz çıxarılıb. 2024-cü ildə isə buradan 0,6 milyon ton kondensat və 1,5 milyard kubmetr qaz hasil olunub.

Tərəfdaşlarla olan razılaşma əsasında SOCAR yataqdan hasil olan qazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunur. Qeyd edək ki, “Abşeron” yatağının birinci işlənmə çərçivəsində hasil edilən qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub. İlkin mərhələdə buradan ildə, təxminən, 1,5 milyard kubmetr qaz hasil edilməlidir. Bu da Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Gələcəkdə isə yataqdan hasilatın dörd dəfəyədək artırılması planlaşdırılır. Bu da “Abşeron” yatağının növbəti işlənmə mərhələsi çərçivəsində mümkün olacaq. Hazırda layihənin iştirakçıları olan SOCAR, “TotalEnergies” və “ADNOC” şirkətləri yekun investisiya qərarı ilə bağlı işləri davam etdirilər. Yekun investisiya qərarının qəbul edilməsi “Abşeron” yatağının tammiqyaslı işlənilməsi çərçivəsində ilk qazın 2028-ci ildə əldə olunmasına imkan yaradacaq. Bu mərhələ çərçivəsində isə yataqdan ildə 5-6 milyard kubmetr qazın çıxarılması nəzərdə tutur. İkinci mərhələ çərçivəsində çıxarılacaq qazın xarici bazarlarda satılması planlaşdırılır.

Xatırladaq ki, “Abşeron” yatağı Xəzər dənizi şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə – “Şahdəniz” yatağından şimal-şərqdə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan isə cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir.

“Abşeron” qaz-kondensat yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. Həmin dövrdə mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq saziş imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bununla belə, Azərbaycan geoloqları, Dövlət Neft Şirkətinin mütəxəssisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı əvvəlki fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasını ehtimal edirdilər.

Məhz bunun nəticəsi olaraq 2009-cu il fevralın 27-də SOCAR ilə “Total” şirkəti arasında “Abşeron” yatağının işlənilməsi ilə bağlı yeni müqavilə imzalanıb. Sazişin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub.

750 kvadratkilometrə yaxın ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib. 2020-ci il sentyabrın 19-da isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə başlanılıb. SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən “Abşeron”da hasilata başlamaq üçün dörd əsas dayaq bloku və digər sualtı qurğular tikilib. Tikinti layihəsi çərçivəsində ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklar, körpülər, estakadalar, məşəl sistemi, sualtı qurğular, boru xətti və modullar inşa edilərək müqavilə sahəsində quraşdırılıb.

2023-cü ilin yayında ilkin hasilata başlanıldığından bir qədər sonra isə “Abşeron” layihəsi ilə bağlı daha bir əlamətdar hadisə baş verib. Belə ki, avqust ayının 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Birləşmiş Ərəb Əmirlikləri) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında həmin paya sahib olub. Yerdə qalan iştirak payı isə hər biri 35 faiz olmaqla SOCAR və “TotalEnergies” şirkətləri arasında bölünüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see297

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see277

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see264

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see263

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see249

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see248

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see238

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see236

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see234

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see233

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see230

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see228

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see215

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see214

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see214

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see214

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see203

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see191

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri