Bakıda 19 yaşlı qız 7 nəfəri aldadıb, qaçdı
Icma.az, Modern.az saytına istinadən bildirir.
Bir neçə şəxs kamera avadanlıqlarını icarəyə götürən şəxsin onları aldatdığını iddia edir. Şikayətçilər icarəyə götürülən kameraların razılaşdırılmış müddət başa çatmasına baxmayaraq geri qaytarılmadığını bildirirlər.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan müraciətdə zərərçəkdiklərini iddia edən şəxslər 2007-ci il təvəllüdlü Möhtərəm Seyidova Miryusif qızından şikayətçi olduqlarını qeyd ediblər.
Müraciətdə bildirilir ki, ümumilikdə 10-11 ədəd kamera müxtəlif şəxslərdən icarəyə götürülüb. Avadanlıqlar 20 gün, 1 ay, 10 gün və digər razılaşdırılmış müddətlərə verilsə də, həmin müddətlər başa çatdıqdan sonra sahiblərinə qaytarılmayıb.
Şikayətçilərin sözlərinə görə, kameralarını geri ala bilməyən şəxslər arasında Aysel Mirzəli, Sərmayə Əliyeva, Nigar Həsənli, Milana Rəhimova, Mina N., Nuray Abbasova və Aydan Həsənova da var. Onlardan birinin 3, digərlərinin isə hər birinin 1 kamera icarəyə verdiyi bildirilir.
Müraciətdə, həmçinin avadanlıqların geri qaytarılması ilə bağlı edilən telefon zənglərinə və göndərilən mesajlara cavab verilmədiyi qeyd olunur.
Şikayətçilər məsələ ilə bağlı polisə və aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.
Əldə etdiyi məlumata görə, şikayətçilərin müraciətləri əsasında məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 31 Oktyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















