Abşeronda göl daşdı, çirkab evlərə doldu VİDEO
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Abşeron rayonunun Məmmədli kəndində sakinlər ciddi kanalizasiya problemi ilə üzləşiblər.
Globalinfo.az xəbər verir ki, Döngə 9 ünvanında yerləşən yaşayış ərazisində yaxınlıqdakı gölün daşması nəticəsində çirkab suları sakinlərin həyətlərinə, hətta evlərin zirzəmilərinə qədər dolub.
Sakinlərin sözlərinə görə, artıq bir aya yaxındır ki, vəziyyət belə davam edir və evlərə daxil olmaq belə çətinləşib. Onlar bildirirlər ki, çirkab su və üfunət qoxusu səbəbindən uşaqların məktəbə getməsi də problemə çevrilib.
Sakinlər iddia edirlər ki, yaxınlıqdakı fermalardan gələn tullantılar da gölə axıdılır və nəticədə göl dolaraq geri daşır. Bu isə ətraf ərazilərdə yaşayan yüzlərlə ailənin həyətinə və evlərin altına çirk sularının dolmasına səbəb olur.
Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə bələdiyyəyə və icra hakimiyyətinə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 Mart 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















