Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb.
"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir - red.) həyat yoldaşından borc alıb və bir neçə günə qaytaracağına söz verib.
Müddət başa çatandan sonra həyat yoldaşı Sabirdən verdiyi pulu geri istəyib və ər-arvad arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində Sabir həyat yoldaşını döyərək bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və Sabir saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Oktyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















