Icma.az
close
up
RU
Menu

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Abşeronda kişi gecə iki qız anasının sifətinə ülgüclə xəsarət yetirdi TƏFƏRRÜAT

Abşeronda kişi gecə iki qız anasının sifətinə ülgüclə xəsarət yetirdi TƏFƏRRÜAT

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonunda 38 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına işgəncə verib.

Moderator.az "Teleqraf"-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Adil qeyri-rəsmi nikahda olduğu Baharın (adlar şərti verilib – red.) zənglərinə cavab verməməsi səbəbindən onunla mübahisə edib.

Mübahisə zamanı o, qadına zorakılıq göstərib. Masanın üzərində olan şüşə stəkanı götürərək Baharın sifət və baş nahiyələrinə üç zərbə vurub.

Sonrakı gecə birgə yaşadıqları evdə Baharın onu söyməsi səbəbindən yenidən mübahisə ediblər. Adil qadının saçlarından tutaraq yerə yıxıb, təpiklə baş nahiyəsinə zərbə endirib. Sonrakı günlərdə də qadına işgəncə verməkdə davam edib, ülgüclə onun sifət nahiyəsinə vurub.

“Zənglərimə cavab vermədi”

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı əzab vermə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Adil bildirib ki, Baharı təxminən hadisədən bir il əvvəl tanıyır, qeyri-rəsmi ailə münasibətində yaşayıblar: “Birlikdə yaşadığımız müddətdə dəfələrlə mübahisələrimiz olub. Məlum hadisə günü döyərək ona xəsarət yetirdim.

Təxminən bir gün əvvəl Bahar Quba rayonuna gedəcəyini demişdi. Onunla nə qədər əlaqə saxlamaq istəsəm də, zənglərimə cavab vermədi”.

Adilin sözlərinə görə, növbəti gün Bahar yaşadıqları evə qayııdb: “Ondan harada olduğunu, zənglərimə nə üçün cavab vermədiyini soruşdum. Bahar ünvanıma nalayiq ifadələr işlətdi. Masanın üzərində olan stəkanı götürüb başına vurdum, sonra təcili tibbi yardım çağırdım. Ona ilkin tibbi yardım göstərdim.

Bahar dedi ki, sən get, polis gələr, nəsə problem olar. Mən də evdən getdim. Bundan sonra Baharın barəmdə polisə şikayət etdiyini bildim. Mübahisələrimizə səbəb Baharın məni təhqir etməsi olub”.

“Özümə xəsarət yetirəcəm, səni ömürlük tutacaqlar”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin məlum olmayan günündə Baharla yaşadıqları evə gedib:

“Təxminən saat 00:20-də binanın qarşısında Bahar ünvanıma nalayiq ifadələr işlətdiyi üçün onun sifət nahiyəsinə bir şillə vurdum. O, yerə yıxıldıqda bir dəfə də təpiklə başına vurdum.

2024-cü ildə saat 17 radələrində Baharın dəvəti ilə tort alıb onun evinə getdim. Qohumu Əsmər də orada idi. Bahar əmim oğlu İlqarı da evinə dəvət etdi, birlikdə yeyib-içməyə başladıq.

Bir qədər yeyib-içdikdən sonra Bahar əsassız yerə mənimlə mübahisə etməyə başladı, ünvanıma nalayiq ifadələr işlətdi. Buna görə də İlqarla birlikdə evdən çıxdıq. Bahar isə qapının qarşısında mənə “özümə xəsarət yetirəcəm, səni ömürlük tutacaqlar” dedi. Oradan uzaqlaşdıqdan sonra məlum oldu ki, Bahar özünə xəsarət yetirib”.

“Məndən əl çəkmirdi”

İş üzrə zərərçəkmiş Baharın sözlərinə görə, 2006-cı ildən 2012-ci ilədək Camal adlı şəxslə qeyri-rəsmi ailə münasibətdə yaşayıb: “Həmin dövrdə bizim iki qız övladımız dünyaya gəldi. Hazırda qızlarımla Xırdalan şəhərində yaşayırıq. Mənim soyadım əvvəllər başqa olub. 2013-cü ildə Əli adlı şəxslə rəsmi ailə həyatı qurdum və onun soyadını qəbul etdim. Lakin birlikdə cəmi altı ay yaşadıq. Hazırda Əli ilə rəsmi qaydada boşanmışam”.

Bahar qeyd edib ki, Adillə məlum hadisədən təxminən bir il əvvəl tanış olub və onunla qeyri-rəsmi ailə münasibəti qurub: “Adil mənimlə tanış olandan aramızda mütəmadi münaqişələr baş verib. Bir neçə dəfə ondan hüquq-mühafizə orqanlarına şikayət etmişəm.

2023-cü ildə saat 14 radələrində yaşadığım evdə Adil başımda bir neçə şüşə qab sındıraraq, mənə xəsarət yetirdi. Bu barədə polis orqanlarına şikayət etdim. Sonrakı gün saat 00:20-də Adil yenidən yaşadığımız binanın qarşısında qabağımı kəsdi. Küçədə məni döydü, baş və sifət nahiyələrimə xəsarət yetirdi.

O, Barəsində təkrar şikayət etdiyim halda məni öldürəcəyi ilə hədələyirdi. Mən isə hər gün qorxu və həyacan içində yaşayırdım. Evdən çölə çıxa bilmirdim. Adil məndən əl çəkmir, müxtəlif mobil nömrələrdən zənglər edirdi”.

“Sifət nahiyəmə tikiş qoyuldu”

Baharın ifadəsinə görə, 2024-cü il yanvarın 9-dan 10-na keçən gecə Adil zəng vurub, ad günü münasibətilə onu təbrik etmək istədiyini bildirib: “Dedim ki, gəl təbrik elə, sonra isə get. Təxminən saat 00:15-də Adil əmisi oğlu İlqarla bizə gəldi. Əlində olan tortu mənə verdi, tualetə girdikdən sonra gedəcəyini bildirdi. İlqar isə ayaqqabılarını çıxarmadan girişdə onu gözlədi.

Adil tualetdən çıxdıqdan sonra anidən əlində olan ülgüclə sifətimin sol nahiyəsinə xəsarət yetirdi. Dərhal da İlqarla birlikdə evdən çıxdılar. Polisə məlumat verdim, Mərkəzi Respublika xəstəxanasına getdim və sifətimə tikiş qoyuldu”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adilin əməli Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə - bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsinə tövsif edilib.

Təqsirləndirilən şəxs 1 il 7 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində həbs olmayan cəza növündə cəza təyin olunmasını xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə verilən şikayət təmin olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see361

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see300

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see204

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see183

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see178

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see172

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see156

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see147

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see145

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see142

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see139

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see139

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see137

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see136

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see134

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri