Abşeronda narkotikin təsiri altında maşın sürən şəxs tutulub
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonunda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
APA xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı, 77-KJ-867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Bədəlov saxlanılıb. Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı K.Bədəlovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə K.Bədəlov 20 sutka inzibati qaydada həbs edilib.
Həmin sürücünün bir müddət əvvəl də avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi üçün məsuliyyətə cəlb edildiyi bildirilir.
Baxış sayı:59
Bu xəbər 19 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















