Ən ağır cəzanı istəyirəm Baltalanan yeniyetmələrin anası fəryad etdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cəlilabadın Üçtəpə kəndində əmiləri tərəfindən baltalandığı iddia olunan yeniyetmələrin anası Xəyalə Məmmədova hadisənin təfərrüatını Baku TV-yə danışıb.
Onun sözlərinə görə, övladı mülk üstündə qətlə yetirilib.
"Ən ağır cəzanı istəyirəm" - Baltalanan yeniyetmələrin anası fəryad etdi
"Uşaqlarımla evdə idim. Çörək almağa dükana gedəndə gördüm ki, Nağıyev Orxan, Nağıyev Əli - iki qardaş mənə baxa-baxa söhbət edirlər. Mən gedəndə evə gəlib günahsız balama balta ilə xəsarətlər yetiriblər. Balta ilə mənim də qabağımı kəsmişdi, qızım qan itirsin, ölsün deyə içəriyə keçməyə qoymurdu. Nağıyev Orxan balamı mülk üstündə öldürdü, ev-eşiyi yox idi, ortalıqda qalmışdı. Ən ağır cəzanı istəyirəm, günahsız balamın qanı yerdə qalmasın", - deyə o bildirib.
Qeyd edək ki, fevralın 1-də Cəlilabadın Üçtəpə kəndində dəhşətli qətl hadisəsi baş verib. Kənd sakini Əli Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 14 yaşlı Hüseyn Nağıyev və 15 yaşlı Həqiqət Nağıyevaya balta ilə xəsarətlər yetirib. Həqiqət Nağıyeva ölüb, Hüseyn Nağıyev isə yaralıdır.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Əli Nağıyev Prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Fevral 2026 01:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















