Icma.az
close
up
RU
Abşeronda şəhid ailələri üçün bayram şənliyi keçirildi Fotolar

Abşeronda şəhid ailələri üçün bayram şənliyi keçirildi Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə şəhid ailələri və şəhid övladları ilə birgə bayram şənliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayov Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib.

Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək şəhid ailələrini və şəhidlərimizdən bizə əmənət qalan övladlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyi və siyasi iradəsi ilə xalqımız Vətən Müharibəsində şanlı Zəfər qazanıb. Bildirilib ki, “Dəmir yumruq” ətrafında birləşən ordumuzun şücaəti, yüzlərlə igidlərimizin qəhrəmanlığı sayəsində ilahi ədalət bərpa olundu və 30 illik vətən həsrətinə son qoyuldu. Hazırda Qarabağda yenidən həyat canlanıb, şəhər və rayonlarımız bir-birinin ardınca və sürətli şəkildə bərpa olunur, soydaşlarımız öz yurdlarına qayıdaraq azad və təhlükəsizlik şəraitində yaşamağa başlayıblar.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi şəhidi Sahib Musayevin qızı Sahibə Musayeva çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə şəhid övladlarının, ümumilikdə uşaqların xoşbəxt və firavan yaşaması üçün bütün lazım olan hər bir şərait yaradılıb. Qeyd edilib ki, ölkəmizin hər yerində şəhid ailələrinə və onların əmanət qalan övladlarına xüsusi diqqət və qayğı göstərilir.

Sonra bayram şəınliyi bədii hissəsi ilə davam edib. Bədii hissədə ölkəmizin tanınmış incəsənət nümayəndələri mahnılar oxuyub, müxtəlif əyləncəli proqramlar təqdim ediblər.











Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri