Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

ABŞnin müdafiə naziri ilə görüşün ortaya çıxardığı niyyət: Ermənistan müharibəyə sərmayə qoyur

ABŞnin müdafiə naziri ilə görüşün ortaya çıxardığı niyyət: Ermənistan müharibəyə sərmayə qoyur

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın müdafiə naziri Suren Papikyan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin ilə görüşüb. Görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar, Ermənistan-Birləşmiş Ştatlar müdafiə əməkdaşlığının prioritetləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Maraqlıdır ki, Ermənistanın hazırda iqtisadi-siyasi inkişafa daha çox ehtiyacı olsa da, üstünlüyü hərbi əməkdaşlığa verir. Bu isə İrəvanın silahlanması və revanşizm ab-havasını davam etdirməsi ilə bağlı ittihamların əsaslı olduğunu göstərir. Çünki Ermənistanın ciddi iqtisadi və siyasi problemlərlə üzləşdiyi, infrastruktur, iqtisadiyyat və sosial inkişaf kimi sahələrə daha çox sərmayə qoymalı olduğu vaxtda hərbi əməkdaşlığa önəm verməsi Paşinyan hökumətinin niyyətini açıq-aşkar ortaya qoyur. Hərbi xərclərin artırılması və ya silahlanmaya üstünlük verilməsi qonşu ölkələrlə gərginliyi artırır və regionu qeyri-sabitliyə sürükləyir. Yəni bu proses Ermənistanın regionda qüvvələr balansını dəyişmək və münaqişələri yenidən alovlandırmaq məqsədi daşıdığını göstərir. Halbuki, regionun, ələlxüsus da Ermənistanın siyasi və iqtisadi inkişafı hərbi əməkdaşlıqda yox, sülh və həll yollarından keçir. Bunu bir neçə izahla əsaslandıra bilərik:

Müdafiə qabiliyyətinin artırılması səyləri

Ermənistanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində aldığı məğlubiyyətdən sonra ordusu darmadağın olub. Onun hərbi gücünü modernləşdirmək və müdafiə qabiliyyətini artırmaq səyləri regionda istənilən münaqişəyə hazır olmaq istəyindən irəli gəlir. Əslində isə regionda müharibə əhvali-ruhiyyəsində, işğalçılıq ab-havasında olan yeganə ölkə Ermənistandır. İrəvan özü də bunu bildiyi üçün silahlanmaya daha çox yer ayırır. Xüsusilə Türkiyə və Azərbaycanla olan gərginlik, bu gərginliyi yaradan ərazi iddiaları, bu iddiaların münasibətlərin normallaşmasına imkan vermədiyi üçün Azərbaycanın Ermənistanın konstitusiyasına dəyişiklik təklifi, lakin bu təkliflərin nəzərə alınmaması Ermənistanın sülh və sabitlikdə deyil, müharibə ritorikasında olduğunu nümayiş etdirir.

Regional gərginlik

Ermənistanın təxribatları nəticəsində şərti həmsərhəd ərazilərdə vaxtaşırı qarşıdurmalar meydana gəlir. Bu baxımdan, Ermənistanın Qərblə əməkdaşlığını gücləndirməsi təkcə Azərbaycana deyil, ümumilikdə regional təhlükəsizliyə qarşı təhdiddir. Lakin bu cür addımlar Azərbaycan və Türkiyə üçün daha böyük təhlükə yaradır və regionda gərginliyin artmasına rəvac verir.

Siyasi və iqtisadi çağırışlar

Aydındır ki, Ermənistanın ciddi iqtisadi və siyasi islahatlara ehtiyacı var. Lakin rəsmi İrəvan sözügedən çatışmazlıqları aradan qaldırmaqdansa, hərbi əməkdaşlığa diqqət yetirir, beynəlxalq aləmdə etimad qazanmağa çalışır. Bu isə o deməkdir ki, Paşinyan hökuməti xalqın əsas ehtiyaclarına məhəl qoymur, bunun əksinə olaraq, öz nüfuzunu qaldırmağa çalışır. Bununla da əslində, ölkəsini hər vəchlə daxili və xarici olmaqla yeni qarğaşalara sürükləyir.

Nəticə olaraq, deyə bilərik ki, Ermənistanın hərbi hazırlıqları və Qərblə əməkdaşlığa önəm verməsi eskalasiyanı körükləməkdən başqa bir şey deyil. Lakin unutmaq olmaz ki, belə gedişatlar bölgədəki kövrək sülhün ilkin addımlarını pozur və uzunmüddətli perspektivdə sülhdən çox, gərginliyə səbəb olur. Bunun da xilas yolu Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasından asılıdır. Bu, bir neçə səbəblə əlaqəlidir:

1. Coğrafiya və ticarət marşrutları

Ermənistan dənizə çıxışı olmayan ölkədir, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Bu vəziyyət Ermənistanın iqtisadi artımını ciddi şəkildə məhdudlaşdırır. Açıq sərhədlər və ticarət yolları Ermənistanın regional bazarlara çıxışını artıra və xarici ticarətini yaxşılaşdıra bilər. Burada xüsusilə Türkiyə Qərbə açılan qapı və mühüm iqtisadi tərəfdaş kimi ön plana çıxır.

2. İnteqrasiya və əməkdaşlıq

Cənubi Qafqazda sabitlik və iqtisadi inkişaf yalnız regional əməkdaşlıqla mümkün ola bilər. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın beynəlxalq layihələrdə iştirakına, enerji xətlərindən bəhrələnməsinə və xarici investisiyaların cəlb edilməsinə töhfə verə bilər. Məsələn, Zəngəzur dəhlizi kimi layihələr bütün region üçün ticarət və nəqliyyat baxımından yeni imkanların əldə olunması üçün çox əlverişlidir.

3. İqtisadi və kommersiya imkanları

Türkiyə və Azərbaycan regionun ən güclü iqtisadiyyatlarına malikdirlər. Ermənistan bu ölkələrlə ticarət əlaqələrini inkişaf etdirə bilsə, iqtisadi təcridini azalda və yerli istehsalçılar üçün yeni bazarlar aça bilər. Bundan əlavə, enerji, logistika və sənaye sahələrində əməkdaşlıq ölkənin inkişaf sürətini artırmaq potensialına malikdir.

4. Sülh və sabitlik

Ermənistanın davamlı inkişafı dayanıqlı sülh və regional sabitliyə bağlıdır. Azərbaycan və Türkiyə ilə sülh münasibətləri, sərhəd münaqişələrinə son qoyulması və regional gərginliyin azalması Ermənistana öz resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək. Davamlı münaqişə həm iqtisadi artıma, həm də insanların həyat keyfiyyətinə mənfi təsir göstərir.

Nəticə

Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırması mühüm iqtisadi və siyasi üstünlüklər verir. Sülh və əməkdaşlıq Ermənistana təcriddən çıxmağa, regional layihələrdə iştirak etməyə və xalqının rifahını yaxşılaşdırmağa kömək edə bilər. Bütün bunların fonunda Paşinyan hökuməti onu inkişafa çatdıracaq və böhrandan xilas edəcək rahat və əlverişli yola çıxmaq əvəzinə, regiona aid olmayan qərəzli ölkələrin ətəyindən yapışıb ən çox ona zərər verəcək addımlar atır. İrəvan anlamalıdır ki, havadarları üçün maraqlı olan onun rifahı yox, öz maraqlıdır. Seçim Ermənistanındır!

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri