Rusiya Ukraynada məktəbi bombaladı: 24 nəfər öldü
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye vilayətinin Komışuvaxa kəndində humanitar yardım məntəqəsi kimi istifadə olunan məktəbə hava zərbələri endirib.
Turkustan.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) məlumatına görə, hücum nəticəsində iki axtarış-xilasetmə əməkdaşı da daxil olmaqla, ümumilikdə 24 nəfər həyatını itirib.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı açıqlama verərək Rusiyanın ardıcıl zərbələr endirdiyini bildirib. Onun sözlərinə görə, hücum edənlər əvvəlcə humanitar yardım paylanan məktəbi hədəf alıb, daha sonra isə dinc sakinlərin toplaşdığı sığınacağa birbaşa 9 bomba atıblar.
"Ruslar Komışuvaxanın mülki sakinlərinin hər həftə məhz orada yardım aldığını bilməmiş deyillər", — deyə vurğulayan Zelenski əlavə edib ki, bu qanlı hücum Rusiyanın gərginliyi azaltmaq və ya ədaləti bərqərar etmək niyyətində olmadığının növbəti sübutudur.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Noyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















