Icma.az
close
up
RU
Abxaz separatçıları üçün haysayağı “Şaloxo”

Abxaz separatçıları üçün haysayağı “Şaloxo”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxud ermənilərin bölgə ilə bağlı məkrli planları barədə

17 il əvvəl Gürcüstandan qoparılan Abxaziya Muxtar Respublikası separatçı rejimin nəzarəti altındadır. O vaxta qədər də Abxaziyada ermənilərin sayı az deyildi. İndi isə əhalinin, təqribən, 18 faizini təşkil edirlər. Bu, rəsmi statistikadır.

Fəqət qeyri-rəsmi hesablamalara əsasən, hazırda Abxaziyada ermənilərin sayı abxazlardan çoxdur. Yəni postsovet məkanında Ermənistanın hüdudlarından kənarda ermənilərin çoxluq təşkil etdiyi cəmi iki “bölgə” qalıb ki, onların hər ikisi Gürcüstan ərazisindədir. Bunlardan birincisi Gürcüstanın yüksək dağlıq bölgəsi Samsxe-Cavaxeti (separatçı əhval-ruhiyyənin güclü olduğu rayon), ikincisi isə separatçı ünsürlərin yığnağına çevrilmiş, kurortlarla zəngin Abxaziyadır. Xankəndidəki separatçı “dqr”in süqutundan sonra Qarabağı könüllü tərk etmiş ermənilərin bir qisminin məhz Abxaziyaya üz tutduğu məlumdur. Erməni lobbisinin Abxaziyaya marağı başa düşüləndir. Üstəlik, yerləşdiyi coğrafiyaya, təbii-iqlim şəraitinə görə dənizə çıxışı olan bölgə ermənilər üçün Ermənistan Respublikasının özündən, hətta Qarabağ iqtisadi rayonumuzda unudulmuş “Artsax”dan daha cəlbedici məkandır.

Onu da yada salaq ki, erməni əhalisi işğal dövründə də Qarabağı tərk edirdi. Daşnak-şovinist “çete”sinin rəhbərlik etdiyi Ermənistanın bütün səylərinə baxmayaraq, yalnız Suriya və Livan ermənilərindən ibarət kiçik qrupların Qarabağda məskunlaşdırılmasını təşkil etmək mümkün olmuşdu. Yəni nə İrəvanın, nə lobbinin, nə də xaricdəki diasporun erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş şəhər və kəndlərində məskunlaşdırmaq “planı” baş tutdu. Bu gün ermənilər qəti surətdə Abxaziyanı tərk etmək istəmirlər. Hayların bu istəyi heç də qondarma “müstəqil Abxaziya”ya ülvi məhəbbətlərindən irəli gəlmir. Əksinə, erməni lobbisinin məkrli planına əsasən, onlar burada “Qarabağ ssenarisi üzrə” separatizmi gücləndirmək, Abxaziya torpaqlarını ələ keçirmək və bu bölgədə özlərinin dövlətini – “Şərqi Ermənistan” yaratmaq barədə düşünürlər. Artıq onların bu xəyanətkar meyillərindən abxazlar duyuq düşməyə başlayıblar. Abxaziya əhalisinin yarısını təşkil edən yerli etnik qrupun getdikcə məhv edilməsi, erməni repatriantların Abxaziyaya yeni “dalğasının” təşkil edilməsi və kütləvi məskunlaşması perspektivi kontekstində “Şərqi Ermənistan” planının reallaşması heç də mümkünsüz sayıla bilməz. Axı, haylar bu cür “ssenariləri” həyata keçirməklə bağlı “tarixi təcrübəyə” malikdirlər.

* * *

Ötən 17 ildə separatçı Abxaziyada dəfələrlə “prezident” seçkiləri keçirilib. Amma onların nəticələri dünyanın heç bir ölkəsi tərəfindən, hətta qondarma quruma “patronajlıq” edən Rusiya tərəfindən də tanınmayıb. Bu dəfə də belə olacağı şübhəsizdir. Sadəcə, budəfəki “seçki oyunbazlığı” Gürcüstan ərazisində siyasi və etnik qarşıdurmanın yenidən qızışmasına səbəb ola bilər. Burada “seçkilərin” ilk turunda “kremlpərəst” namizəd Badru Qunbanı hakimiyyətə gətirmək cəhdləri alınmadı. Hətta Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kirienkonun seçki piarına qoşulması, bu ilin may ayında Abxaziya ilə Rusiya arasında hava nəqliyyatının açılması vədi, üstəlik, Suxumi Hava Limanına “sınaq uçuşu”nun təşkil edilməsinə baxmayaraq, bu plan alınmadı. Qunba Abxaziyanın erməni icmasının yaxından dəstəyi sayəsində 46 faiz səs toplaya bildi. Maraqlıdır ki, doğma Qudauta bölgəsində Qunba cüzi miqdarda səs faizi alıb. Bu isə Abxaziya üçün qeyri-adi vəziyyət hesab olunur. Çünki burada, bir qayda olaraq, yerli namizədi dəstəkləmək adət sayılır. Yəni bu o deməkdir ki, sakinlər ona yerli olmayan abxazdan daha az səs veriblər. Amma digər rayonlardakı erməni kəndlərinin sakinlərinin, demək olar ki, hamısı separatçını dəstəkləyib. Əsasən etnik abxazların səs verdiyi müxalifət lideri Adqur Ardzinba isə səslərin 37 faizini qazanaraq ikinci yeri tutub. Abxaziyada “prezident seçkilərinin” ikinci turu 2025-ci il martın 1-nə təyin edilib. Amma artıq birinci turun nəticələri həm separatçı ərazinin əhalisinin seçki ovqatı, həm də etnik qrupların real nisbəti barədə müəyyən fikirlər yürütməyə imkan verir.

Sosial şəbəkələrdə yayılan ilkin məlumata görə, “seçkilərin” birinci turunda səs verən 25 minlik erməni elektoratdan 24 mindən çoxu “ruspərəst” Badru Qunbaya səs verib. Qudauta bölgəsində nisbətən az erməni yaşayır. Bu amil Adqur Ardzinbanın birinci turda qalib gəlməsini, Badru Qunbanın isə ən aşağı nəticə göstərməsini şərtləndirib. Fevralın 15-də keçirilən “seçkilərin” birinci turundan sonra Rusiyaya müxalif abxaz ictimaiyyəti, demək olar ki, erməni əhalisinin namizəd Badru Qunbaya səs verdiyini bildirir. Şübhə yoxdur ki, ikinci turda imkanlı erməni icması öz haylarından əlavə digər millətlərdən olan seçicilərin “səfərbərliyini” təşkil edəcək. Həmçinin o da ola bilər ki, haylar himayədarlarını separatçı Abxaziyanın “prezidentliyinə dartmaq” üçün öz namizədlərinin marafonunu doldurmaq kimi manipulyasiyaya əl atsınlar. Bəli, bu gün Badru Qunba birbaşa “ermənilərin namizədi” adlandırılır.

Təsadüfi deyil ki, son vaxtlar sosial şəbəkələrdə abxazların özləri arasında Gürcüstanla gələcək barışıq, konfederasiya və bir dövlətdə yaşamağın mümkünlüyü məsələsi qaldırılmağa başlanıb. İntəhası, buna “Rusiya ilə birliyə” arxalanan abxaz erməniləri qəti şəkildə etiraz edirlər. Hətta onlar Gürcüstanla birləşməyə eyham vuran hər kəsi “vətənə xəyanətdə” suçlamaqdan da çəkinmirlər.

* * *

Hazırda Abxaziyada cərəyan edən hadisələr nədən xəbər verir? Bu hadisələrin sonda bölgə üçün arzuolunmaz fəsadları ola bilərmi? Bu barədə XQ-yə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov Abxaziyada baş verən hadisələri tam mənada Qarabağda separatçıların hərəkətləri ilə üst-üstə düşən fəaliyyət kimi xarakterizə etdi: “Məsələ burasındadır ki, Abxaziyada separatçıların özlərini “müstəqil dövlət” elan etmələri boş xülyadan, gurultulu bəyanatdan başqa bir şey deyil. Çünki onları erməni separatçılarından və Moskvadan savayı heç kəs tanımır və tanımaq fikrində də deyil. Bu necə dövlətdir ki, sakinlərinin nə vətəndaşlığı, nə də pasportları var. Görəsən, onlar xarici ölkələrə hansı pasportla gedirlər? Çox güman ki, Rusiya vətəndaşlığını qəbul edənlər həmin pasportdan yararlanırlar. Amma onu da unutmasınlar ki, Qarabağ separatçılarının aqibəti onları da gözləyir. Bu örnəkdən ciddi nəticə çıxarmalıdırlar.

Aydın məsələdir ki, Gürcüstan özünün suverenliyini gec-tez bərpa edəcək. Təbii ki, bundan ötrü zəruri geosiyasi şərait yetişməlidir. Bunun baş verəcəyinə əminəm. Rəsmi Tbilisi hazırda gündəlikdə duran bir sıra məsələləri həll edəndən sonra ərazi bütövlüyünü də mütləq bərpa edəcək. Bu zaman həm diplomatik üsullar, həm də, zərurət yaranarsa, hərbi vasitədən istifadə imkanları da nəzərdən keçiriləcək. Əsas odur ki, Gürvcüstan hakimiyyəti bu məsələdə israrlıdır və bunu özünün strateji hədəfi hesab edir”.

İndiki “seçki yarışı” zamanı erməni lobbisinin nəzarətində olan media abxaz müxalifətçilərini “Türkiyə və Gürcüstan üçün çalışmaqda” və “anti-erməni” siyasəti yeritməkdə ittiham edərək onlara qarşı görünməmiş kampaniyaya başlayıb. Amma bu gün yerli separatçılarla qol-boyun olub “Şaloxo” rəqsini oynayan hayların sabah abxazların da kürəyinə xəncər saplamayacağına heç kəs zəmanat verə bilməz. Öz növbəsində, erməni icmasının onun nəzarətində olan “prezident” və Abxaziyanı “tamamilə özlərinə” çevirmək səyləri barədə deyilənlər abxazların əksəriyyətində qıcıq yaradıb. Məsələ o həddə çatıb ki, bu, iki etnik qrup arasında gərginliyin artmasına səbəb olub.

Görünən odur ki, budəfəki “seçkilərdə” abxazların erməni icmasının nümayəndələrinə qarşı düşmənçiliyi həddi aşmağa gətirib çıxarıb. Sadə dillə desək, etnik erməninin hansı siyasi baxışa malik olmasından asılı olmayaraq, abxazlar artıq istənilən münaqişədən ermənilərə “təşəkkürlərini bildirmək” üçün istifadə etməyə başlayıblar. Buna misal olaraq, Qaqrada 15 abxazın Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, müxalifətin namizədi, separatçı Adqur Ardzinbanın tərəfdarı Samvel Daşyanı döyməsi faktını göstərmək olar. Belə çıxır ki, etnik ermənilər üçün “müxalifət düşərgəsində” olmaq artıq Abxaziyada onların “toxunulmazlığına” zəmanət vermir. Hayların əsl siması əvvəl-axır üzə çıxmalı idi.

Sonda onu da qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan rəhbərliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib. Rəsmi Bakı Gürcüstanın Abxaziya bölgəsində bugünədək keçirilən “prezident seçkiləri”ni, eləcə də onların nəticələrini heç vaxt tanımayıb. Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsini vacib sayır.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri