Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Qarabağ separatçıları Ermənistan hakimiyyətinə qarşı

Qarabağ separatçıları Ermənistan hakimiyyətinə qarşı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistanda sığınacaq əldə etmiş separatçı tör-töküntülər “fəallaşıblar”. Onları “fəallaşdıran” isə ölkənin Xarici işlər nazirliyinin bəyanatıdır. Söhbət konkret olaraq, nədən gedir, bu barədə söz açacağıq. Ancaq əvvəlcə qısa arayış verək.

Prezident İlham Əliyev aprelin 2-də ölkəmizdə səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata birgə bəyanatından sonra jurnalistlərin suallarını cavablandırarkən real danışıqların bir il əvvəl başlandığını bildirib: “Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə “Dağlıq Qarabağ respublikası”nın taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, bizim daxili işimiz olduğu üçün biz təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik. Ancaq 2023-cü ilin sentyabr ayında Qarabağ torpağında separatizmə son qoyulandan bir neçə aydan sonra Ermənistan təkidlə irəli sürdüyü o maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı oldu. Faktiki olaraq real danışıqlar təqribən bir il bundan əvvəl başlamışdır”.

Əlbəttə, Prezident İlham Əliyev fikirləri ilə Ermənistanın danışıqlardakı mövqeyinə ümumi şəkildə yanaşmış, İrəvanın Qarabağ motivinin real məqsədinin nəyə hesablandığını diqqətə çatdırmışdı. Yəni ölkəmizin lideri başlıca mahiyyəti açıqlamış, detallardan uzaq dayanmışdı. Ermənistan XİN isə öz aləmində Prezident İlham Əliyevin bildirdiklərinin, guya, düzgün olmadığını vurğulayıb. Daha doğrusu, bununla bağlı bəyanat yayıb. Sənəd rəsmi İrəvanın özünü separatçılıqdan uzaq, onu müdafiə etməyən tərəf kimi göstərmək istəyinin ifadəsi idi. Bunun belə olmadığı məlumdur və sonda diqqətə çatdıracağımız bir məqamın kontekstində də məsələyə aydınlıq gətirəcəyik.

Ermənistan XİN bildirmişdi: “Biz əvvəllər dəfələrlə bəyan etmişik ki, Ermənistan Azərbaycanla apardığı danışıqlarda Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etməyə, o cümlədən bu məsələlərin həlli üçün beynəlxalq mexanizmin yaradılmasına çalışır. Buna görə də Azərbaycanla Dağlıq Qarabağ ermənilərinin üçüncü ölkələrdə görüşünü təşkil etmək cəhdlərimiz olub, lakin bu, Dağlıq Qarabağ tərəfindən geri çevrilib. Dağlıq Qarabağ ermənilərinin zorla qovulmasına və Dağlıq Qarabağın buraxılmasına dair fərmandan sonra məsələ Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin nizamlanması gündəliyindən çıxarılıb”.

Qarabağdakı keçmiş xunta rejiminin Ermənistanda məskunlaşmış tör-töküntülərini qəzəbləndirən də elə diqqətə çatdırdığımız bu fikirlərdir. Onlar “Artsax informasiya qərargahı” deyilən strukturun adından bəyanat yayaraq bildiriblər ki, Ermənistan XİN-in mövqeyinin heç bir hüquqi əsası yoxdur və bu dövlət qurumu ictimaiyyətin diqqətini real problemlərdən yayındırmaq üçün uğursuz cəhd göstərir. Real problemlər nədən ibarətdir, bu barədə hansısa fikir açıqlanmır. Ancaq məlum olur ki, sən demə, separatçılar indiyədək dözürmüşlər və daha səbr kasaları daşıb. Görəsən, dözməyib nə edəcəkdilər?

***

Beləliklə, separatçıların dedikləri budur ki, qondarma rejimin ləğvi ilə bağlı 2023-cü il sentyabrın 26-da, yəni lokal xarakterli antiterror tədbirlərindən sonra imzalanmış “fərmanın” hüquqi əsası yoxdur. Həqiqətən, sözügedən kağız parçası əhəmiyyətsiz şeydir. O anlamda ki, özünün hüquqi əsası olmayan quruluşun hansısa sənədi etibarlı sayıla bilməz. Ancaq bir məsələ var. Haqqında söz açılan “fərman” təslimiyyət aktı və aman diləmək idi. Əgər 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiya aktına çevrilmişdisə, 26 sentyabr 2023-cü il tarixdəki “fərman” da eyni mahiyyət daşımış, bu dəfə İrəvanın dəstəklədiyi rejim “ağ bayraq” qaldırdığını açıqlamışdı. Reallıqda isə Ermənistan ikinci rüsvayçılığı ilə üzləşmişdi. Bu, təkcə hərbi yox, həm də diplomatik məğlubiyyət idi.

Doğrudur, Qarabağdakı separatçı rejim iflasa uğradıqdan sonra baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçiləri özlərini elə apardılar ki, guya, xuntanın onlara heç bir aidiyyatı yoxdur. Amma belə deyil. Çünki rəsmi İrəvan 2020-ci ildən 2023-cü ilədək çox çalışdı ki, Qarabağ iddiası saxlanılsın. Əlbəttə, bir qədər fərqli tərzdə. Məsələn, Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsi ilə. Məlumdur ki, bu, bölgənin əlahiddəliyini vurğulamağa hesablanmış gediş idi.

Bəli, Ermənistan rəhbərliyinin bütün cəhdləri uğursuzluğa düçar olduqdan sonra rəsmi İrəvan Qarabağ ermənilərinin ərazidən köçürülməsi qərarını verdi. Məntiq bu idi: Bir halda ki, Qarabağ ermənilərinin bölgədəki mövcudluğu Ermənistanın maraqlarından irəli gəlmir, deməli, həmin əhalinin ərazidə qalmasına lüzum yoxdur. Beləcə, Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşları kimi ömür sürmələrinin qarşısı alındı.

Lakin Paşinyan administrasiyası yenə avantürizmi kənara qoymadı. Erməni iqtidarı Qarabağı sonuncu erməni (az bir qismi qalıb) tərk etdikdən dərhal sonra Azərbaycanın, guya, etnik təmizləmə həyata keçirdiyinə dair sərsəm təbliğat aparmağa başladı. Rəsmi İrəvan bu dəfə erməni sakinlərin qayıdışı məsələsini Azərbaycanla müzakirə predmetinə çevirməyə girişdi. Amma mövcud istiqamətdəki cəhdlər də puça çıxdı. Nəhayət, Prezident İlham Əliyevin də bildirdiyi kimi, sülh danışıqları real, yəni, belə demək mümkünsə, Qarabağsız məcraya qədəm qoydu.

İndi qondarma rejimin buraxılmasına dair “fərmanın” heç bir hüquqi əsasının olmadığını bildirən İrəvanda məskunlaşmış beş-altı separatçı onu da deyir ki, sözügedən kağız parçası, guya, Qarabağ ermənilərini qırğından qurtarmaq məqsədi daşıyırmış. Sanki, Azərbaycan Ordusu dinc insanları qanlarına-qəltan edəcəkmiş. Əslində, Qarabağın erməni əhalisinin bölgəni tərk etməsini də bu sayaq cəfəngiyyatlar şərtləndirib. Sıravi ermənilər rəsmi İrəvan tərəfindən dəstəklənən təbliğatın təsiri ilə qorxuya düşüblər. Məhz qorxunun nəticəsindəki davranış, yəni köç erməni iqtidarının anti-Azərbaycan fəaliyyətinə yeni motiv qazandırıb. Söhbət haqqında söz açdığımız etnik təmizləmə şousundan gedir. O şou ki, məğzində Qarabağ ermənilərinin taleyi ilə manipulyasiya dayanmışdı və yenə aktuallığını saxlayır.

***

Onu da bildirək ki, Paşinyan iqtidarı ilə canını tapşırmış separatçı rejim arasında hər zaman ixtilaf yaşanıb. Birinci ikincini Qarabağ avantürasının davamı baxımından etibarlı saymayıb. Nikol Ermənistanda köhnənin qalığı olan dövlət aparatına qarşı repressiv metodlara əl atdığı kimi, Qarabağdakı xuntanın tərkibinə də “əl gəzdirmək” istəyib. Lakin buna müvəffəq ola bilməyib. Ola bilər, mövcud istiqamətdə zəruri “mexanizm” tapmayıb.

Ona görə də Paşinyan 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirdi. Əlbəttə, bu bəyanat Azərbaycanla danışıqlar prosesini pozmaq yönümlü destruktiv yanaşma, xalqımızın heysiyyatına toxunmaq idi. Ancaq məsələyə digər aspektdən də yanaşaq. Nikolun sərsəmliyi, eyni zamanda, erməni avantürizmini keçmişin qalığı olan separatçıların inhisarından çıxarmaq əzminin göstəricisi idi. Paşinyan avantürizmin mövcudiyyət trayektoriyasını fərqli axara daşımaq istəyirdi. Nikolun düşüncəsinə görə, Qarabağ Ermənistandırsa, deməli, oradakı idarəçiliyi də İrəvan tənzimləməli idi.

Daha dəqiq desək, Ermənistan Koçaryanlı və Sarkisyanlı Qarabağ klanından qurtulubsa, Qarabağın özündə də klana yaxın strukturun aradan qalxmasına ehtiyac duyulmuşdu. Həm də ona görə ki, keçmişin təcrübəsi var. Axı 1998-ci idı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı devirən, 2018-ci ilədək hakimiyyəti zəbt edən həmin klan olmuşdu. Aydındır ki, Paşinyan qazanın qaynamasına, özünün də nə vaxtsa həmin qazanda yanmasına yol verə bilməzdi. Lakin, necə deyərlər, bu həna, o həna deyildi.

***

Əlqərəz, hazırda İrəvanda məskunlaşmış beş-altı separatçı müxtəlif “hüquqi” əsaslandırmalar aparıb, öz aləmində Ermənistan XİN-ə qarşı çıxdığını göstərirərək bildirir ki, xunta rejiminin buraxılmasına dair “fərman” etibarsız olduğundan, erməni baş diplomatiya idarəsinin Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində “Artsax” və onun “xalqı” məsələsini gündəliyə salmaq üçün heç bir hüquqi maneəsi yoxdur.

Göründüyü kimi, separatçılar Paşinyan iqtidarını gözdən salmaq istəyirlər. Yəni, bildirirlər ki, Nikol və tərəfdarları Qarabağla bağlı Azərbaycana qarşı heç nə edə bilmədilər, yalandan “fərmanı” əsas kimi götürməsinlər, bəhanə gətirməsinlər. Separatçıların yanaşmaları yerindədir. Yəni, məsələn, Ermənistan parlamentinin spikeri, hakim komandanın üzvü Alen Simonyan deməməlidir ki, Qarabağı istəyirdinizsə, döyüşərdiniz, bölgədən qaçmazdınız. Skiper həm də ona görə belə danışmamalıdır ki, bölgənin sıravi sakinləri məhz rəsmi İrəvanın təhriki ilə ərazidən çıxıblar.

***

Ermənistan XİN-in İrəvandakı separatçıların qəzəblə qaşıladıqları bəyanatı ilə əlaqədar daha bir vacib məqamın üzərində dayanaq. Məlumdur ki, Paşinyan hakimiyyətinin təmsilçiləri zaman-zaman Rusiyanı Ermənistanın maraqlarını qorumamaqda, nəinki 44 günlük müharibədəki məğlubiyyətdə, o cümlədən Qarabağın ermənisizləşdirilməsində günahlandırıblar. Rəsmi Moskvanın cavabı isə bu olub ki, Nikol Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığından, Rusiya heç nə edə bilməzdi. Yəni, bu, fikir Bakı ilə İrəvan arasındakı konfliktin bütün mahiyyətinin məhz Qarabağ olduğunun vurğulanmasıdır. Ermənistan XİN isə bəyanatı ilə bəlkə fərqinə varmadan məhz həmin mahiyyətdən söz açıb.

Yəni rəsmi İrəvan separatçı rejimin özünü buraxmasına dair “fərmanın” Qarabağ erməniləri ilə bağlı məsələni Azərbaycan və Ermənistan arasındakı sülh gündəminə daxil etməyə maneçilik törətdiyini bildirirsə, o zaman Paşinyan və komandası nə üçün Rusiyanı günahlandırırdı? Axı Moskvanın dolayısı ilə vurğuladığı həm də bu idi ki, Ermənistan dövlət səviyyəsində separatçı rejimi rəsmən tanımayıb. O zaman necə olur ki, indi erməni baş diplomatiya idarəsi heç vaxt tanımadığı saxta quruluşun “qərarını” əsas götürməkdən danışır?

Ermənistanın Azərbaycana qarşı, təzahür formalarından asılı olmayaraq, ərazi iddiasının haqsız və ədalətsizdir. Prezident İlham Əliyevin bildirdiyi, eyni zamanda, bu idi ki, 2024-cü ilin yanvarınadək rəsmi İrəvan tərəfindən ayrı-ayrı mənfi təzahürləri danışıqlar prosesinə daxil etmək cəhdləri qeydə alınıb. Ölkəmizin qətiyyəti, iradəsi və gücü sayəsində belə sərsəmləmələrə meydan verilməyib.

Amma demək olmaz ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkib. İrəvan Bakının ATƏT-in Minsk qrupunun ləğvi üçün müştərək müraciət və Ermənistan konstitusiyasına dəyişiklik tələbini yerinə yetirməkdən boyun qaçırırsa, deməli, yarıcan vəziyyətdə olan erməni avantürizmi, obrazlı desək, onun üçün qazılmış qəbirə enmək niyyətində deyil. “Dəmir yumruq”dan sonra “polad təpik”mi istəyir, bunu zaman göstərəcək.

***

Sonda bir məqama da nəzər salaraq deyək ki, hazırda İrəvanda keçmiş separatçı rejimdən qalma tör-töküntülər səslərini çıxara bilirlərsə, bu, heç də adi məsələ sayıla bilməz. Hər halda, belələrinə Ermənistan hakimiyyətinin özünün şərait yaratdığının əlavə sübuta ehtiyacı yoxdur. Axı erməni iqtidarına Qarabağ ambisiyasının hansısa formada saxlanılması vacibdir. Paşinyan və komandasının üzvlərinin separatçıların qalıqlarından zəhlələri getsə də, sözügedən ambisiyanı gündəmdə saxlamaq naminə ikincilərdən, habelə Ermənistandakı müxalif revanşistlərdən “yararlanırlar”. Onlar dillərində sülh, niyyətlərində riyakarlıqla hərəkət edirlər. Nə zamanadək?

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri