Abxaziya lideri cizgi filmində obrazı SƏSLƏNDİRDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abxaziya Prezidenti Badra Qunba yerli müəlliflərin hazırladığı yeni cizgi filmində obrazlardan birini səsləndirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Abxaziya” məlumat yayıb.
Bildirilib ki, Qunba rejissor və multiplikator Astamur Kvisiniyanın “Nart Sasrıqua” adlı yeni animasiya filmində dəmirçi Aynarın obrazını səsləndirib.
Kvisiniyanın sözlərinə görə, Qunbanın səsi tamaşaçılar tərəfindən asanlıqla tanına bilər. O, prezidentin bas səsinin olduğunu və obraz üçün məhz belə güclü, qalın səsə ehtiyac duyduğunu bildirib.
Multiplikator qeyd edib ki, Qunba özü də layihədə iştirak etmək istəyini ifadə edib.
Astamur Kvisiniya əlavə edib ki, Abxaziyanın qəhrəmanlıq eposunun əsas personajlarından biri haqqında film üzərində işləməyi uzun müddətdir planlaşdırırdı.
Qeyd edək ki, “Nart Sasrıqua” Abxaziya nart eposunun baş qəhrəmanının qəhrəmanlıqlarından bəhs edir. Filmin 36 dəqiqəlik olması və müasir Abxaziya animasiyası tarixinin ən böyük layihələrindən birinə çevrilməsi gözlənilir.
Xədicə BAXIŞLI
Baxış sayı:189
Bu xəbər 08 Sentyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















