Abxaziya müxalifəti “parlamentin” binasına soxulub Qarşıdurma yaranıb + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstanın separatçı Abxaziya regionunda etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb.
“AzPolitika” xəbər verir ki, Rusiya hüquqi şəxslərinin regionda investisiya layihələrinin həyata keçirilməsinə dair hökumətlərarası Abxaziya-Rusiya sazişinin ratifikasiyasına etiraz edən “müxalifət” nümayəndələri avtomobillərlə “parlamentin” dəmir məhəccərlərini qıraraq içəri daxil oublar.
Etirazçılar “hüquq-mühafizə orqanlarının əməkdaşlarına” daş və çubuqlar atmağa başlayıblar.
Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğunu bildirilir.
“Abxaz hakimiyyəti” noyabrın 15-də Suxumi ilə Moskva arasında investisiya sazişi layihəsinə baxmaq niyyətində idi. Etirazçılar bu razılaşmanı “Abxaziyanın maraqlarına xələl gətirərək Moskvanı razı salmaq cəhdi” adlandırırlar.
Bu arada etirazçılar sessiya keçirməyi və layihənin təsdiqinin “əleyhinə” səs verməyi tələb ediblər.
TASS xəbər verir ki, Suxumidə Abxaziya “parlamenti”nin binası yaxınlığında atışma səslərinə bənzər səslər eşidilib.
“Teleqram” kanalları hadisə yerində qazdan istifadə edildiyini iddia edir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















