Abxaziya Rusiyadan dövlət sektoru işçilərinə əmək haqqının birgə maliyyələşdirilməsini qaytarmağı xahiş edib
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Abxaziya Rusiyadan dövlət sektoru işçilərinə əmək haqqının birgə maliyyələşdirilməsini qaytarmağı xahiş edib
Qondarma və separatşı Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba rusiyalı həmkarı Mixail Mişustindən Abxaziya dövlət işçilərinin əməkhaqlarının birgə maliyyələşdirilməsini bərpa etməyi xahiş edib.
“Abxaziyadakı çətin vəziyyəti nəzərə alaraq, mən Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə dövlət sektorunda çalışan işçilərin maaşlarının, eləcə də sosial ödənişlərin birgə maliyyələşdirilməsini bərpa etmək xahişi ilə məktub göndərdim”, – Bqanba “İnterfaks”-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin sentyabrından Rusiya pensiyalar istisna olmaqla, dövlət sektoru işçilərinin maaşlarının birgə maliyyələşdirilməsi üçün bütün ödənişləri dayandırıb, noyabrdan isə tamamilə kəsib.
Abxaziya Rusiya ilə investisiya sazişindən imtina etdikdən və Suxumi müqavilələri pozduqdan sonra Moskva respublikanın birgə maliyyələşdirilməsini dayandırıb və bu səbəbdən Abxaziya ilin sonuna kimi 1,8 milyard rubl ( Təx.30 mln.manat-red) almayacaq.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















