Icma.az
close
up
RU
Ac qalsaq, tez arıqlayırıq? Həkimdən gözlənilməz cavab

Ac qalsaq, tez arıqlayırıq? Həkimdən gözlənilməz cavab

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

"Tez çəki atmaq üçün ac qalmaq düzgün deyil. Kəskin kalori məhdudiyyəti (çox aşağı kalorili pəhrizlər) qısamüddətli çəkidə azalmaya səbəb olsa da, uzunmüddətli nəticələri zəifdir və sağlamlıq risklərini artır”. 

News24.az xəbər veri ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. 

Onun sözlərinə görə, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi sağlam çəki itkisinin həftədə təxminən 0,5–1 kq olduğunu, bu templə verilən çəkinin daha çox qorunduğunu tövsiyə edir:

“Çox aşağı kalorili pəhrizlər zamanı yağla bərabər əzələ kütləsi də azalır. Bu, “yo-yo” (verilən çəkinin geri qayıtması) riskini artırır və növbəti cəhdləri daha çətin edir. Bu zaman öd daşı yaranma riski artır, arıqlama öd tərkibində xolesterinin artmasına və öd kisəsinin boşalmasının zəifləməsinə görə öd daşı əmələ gəlmə riskini yüksəldir. Bu, çox aşağı kalorili pəhrizlər və bariatrik əməliyyatlardan sonra xüsusilə müşahidə olunur. NIDDK (ABŞ Milli Diabet və Həzm Xəstəlikləri İnstitutu) sürətli çəki itkisinin öd daşı riskini artırdığını sübut edən araşdırmaları var”. 

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, qidalanma çatışmazlıqları və digər fəsadlara isə çox sərt məhdudiyyətlər vitamin-mineral çatışmazlığına, halsızlıq və sağlamlıq problemlərinə gətirə bilər:

“Klinik nəzarət olmadan çox aşağı kalorili pəhrizlərdən istifadə tövsiyə olunmur. Yavaş və davamlı templə arıqlamaq məsləhət görülür. Həftədə 0,5–1 kq. Bu nəticə hər zaman daha dayanıqlıdır və sağlamlığa mənfi təsir etmir. Planlı qidalanma, real hədəflər, porsiya nəzarəti, gündəlik hərəkət, stresin idarəsi və yuxu — hamısı ilə birlikdə daha uğurlu nəticə əldə etmək olar. Bu zaman təbii ki, keyfiyyətli qida seçimi mütləq şərtdir, tam taxıllar, paxlalılar, tərəvəz-meyvə, qoz-fındıq, protein mənşəli qidalara üstünlük verilməlidir”.  

E.Məmmədov sonda qeyd edib ki, beləliklə ac qalmaqla sürətli arıqlama nə təhlükəsiz, nə də dayanıqlıdır:

“Tibbi sübutlar tədricən və planlı çəki azaldılmasının üstün olduğunu göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri