Ac qarına çay içməyin fəsadları Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ac qarına çay içmək vərdişi sağlamlıq problemlərinə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı qastroenteroloq Natalya Vasilyeva danışıb.
Qara və yaşıl çayın tərkibində yüksək miqdarda kofein və tanin (aşılayıcı maddələr) var. Onların kombinasiyası, əlbəttə ki, gümrahlığı və iş qabiliyyətini artırır, lakin eyni zamanda, mədə şirəsinin ifrazını da yüksəldir. Ac qarına çay içmək mədə ağrısı, mədədə yanğı hissi, ürəkbulanma və ya qastrit və xora xəstəliyinin kəskinləşməsinə səbəb ola bilər.
"Həkimlər qara və yaşıl çay növlərini yeməkdən sonra və ya ayrıca qəlyanaltı kimi meyvə, qurudulmuş meyvə və ya digər yüngül qidalarla içməyi tövsiyə edirlər", - mütəxəssis qeyd edib.
Vasilyeva həmçinin əlavə edib ki, çay yüngül sidikqovucu təsirə malikdir.
"Bitki və meyvə çaylarına gəldikdə isə, onları ac qarına içmək olar. Lakin onları zəif konsentrasiyalarda dəmləmək tövsiyə olunur", - deyə həkim məsləhət görüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 Oktyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















