Icma.az
close
up
RU
AccessBank və EBRD strateji tərəfdaşlıqlarını davam etdirir

AccessBank və EBRD strateji tərəfdaşlıqlarını davam etdirir

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda özəl sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə uğurlu əməkdaşlığını davam etdirir. Bu əməkdaşlığın nəticəsi olaraq, Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində AzVirt şirkəti ilə yeni uzunmüddətli kredit müqaviləsi imzalanıb. Müqavilə şərtlərinə əsasən, AccessBank AzVirt şirkətinə iri miqyaslı investisiya layihələrinin həyata keçirilməsini dəstəkləmək məqsədilə 5 milyon avro məbləğində kredit təqdim edəcək.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib: "Risklərin Bölgüsü Proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə məhsuldar əməkdaşlığımızın davam etməsindən məmnunuq. AYİB-ə Azərbaycanda özəl sahibkarlığı dəstəkləyən yüksək keyfiyyətli və uzunmüddətli tərəfdaşlığa görə təşəkkür edirik. Biz əminik ki, bu əməkdaşlıq və risklərin paylaşılması mexanizmi AzVirt kimi tərəfdaşlarımızın bizneslərini genişləndirmək üçün əlavə imkanlar yaradacaq və yalnız bu şirkətin deyil, ümumilikdə sektorun inkişafına müsbət təsir göstərəcəkdir".

AYİB-nin Azərbaycandakı rəhbəri Natali Mouravidze AzVirt və AccessBank-ı bu vacib müqavilənin tamamlanması münasibəti ilə təbrik edərək bildirib: “AYİB-in Risklərin Paylaşılması Proqramının Azərbaycanda daha da genişləndiyini görməkdən məmnunam. Tərəfdaş bankımızın bu mexanizmi real iqtisadiyyata xidmət etmək məqsədilə uğurla tətbiq etdiyini görürük. Riskləri bölüşərək və özəl sektorun etibarlı müştərilərini dəstəkləyərək biz Azərbaycanda davamlı və uzunmüddətli iqtisadi artımı dəstəkləyirik”.

Risklərin Bölgüsü Proqramı hər iki tərəfin layihələrin maliyyələşdirilməsində bərabər iştirakını, yəni 50/50 risk bölgüsünü nəzərdə tutur. Bu mexanizm Azərbaycanda özəl sektorun inkişafını stimullaşdırmaq üçün mühüm alət hesab olunur, çünki AzVirt kimi şirkətlərə öz fəaliyyətlərini genişləndirmək, innovativ texnologiyaları tətbiq etmək və yeni iş yerləri yaratmaq üçün lazım olan maliyyəyə çıxış imkanı təmin edir.

AccessBank, AYİB və AzVirt arasında bu əməkdaşlıq özəl sektorun dəstəklənməsi və Azərbaycandakı bizneslər üçün maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində strateji yanaşmanın effektiv nümunəsidir. Həmçinin, bu tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarının davamlı inkişafını və stabilliyini təmin edərək uzunmüddətli iqtisadi artım üçün şərait yaradır.

Risklərin Bölgüsü Proqramı maliyyə sabitliyi və biznesin inkişafını təmin etmək üçün vacib bir alətdir. Gələcəkdə AccessBank və AYİB əməkdaşlıqlarını genişləndirməyi və geniş bir sahibkar kütləsi üçün kapitala çıxışı yaxşılaşdıracaq yeni maliyyə həllərini tətbiq etməyi planlaşdırırlar.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Dekabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri