® “AccessBank” və EBRD Azərbaycanda özəl sektorun inkişafını dəstəkləmək məqsədilə strateji tərəfdaşlıqlarını davam etdirirlər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“AccessBank” Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda özəl sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə uğurlu əməkdaşlığını davam etdirir. Bu əməkdaşlığın nəticəsi olaraq, Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində “AzVirt” şirkəti ilə yeni uzunmüddətli kredit müqaviləsi imzalanıb. Müqavilə şərtlərinə əsasən, “AccessBank” “AzVirt” şirkətinə irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsini dəstəkləmək məqsədilə 5 milyon avro məbləğində kredit təqdim edəcək.
“AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib: "Risklərin Bölgüsü Proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə məhsuldar əməkdaşlığımızın davam etməsindən məmnunuq. AYİB-ə Azərbaycanda özəl sahibkarlığı dəstəkləyən yüksəkkeyfiyyətli və uzunmüddətli tərəfdaşlığa görə təşəkkür edirik. Biz əminik ki, bu əməkdaşlıq və risklərin paylaşılması mexanizmi “AzVirt” kimi tərəfdaşlarımızın bizneslərini genişləndirmək üçün əlavə imkanlar yaradacaq və yalnız bu şirkətin deyil, ümumilikdə sektorun inkişafına müsbət təsir göstərəcək".
AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze “AzVirt” və “AccessBank”ı bu vacib müqavilənin tamamlanması münasibətilə təbrik edərək bildirib: “AYİB-in Risklərin Paylaşılması Proqramının Azərbaycanda daha da genişləndiyini görməkdən məmnunam. Tərəfdaş bankımızın bu mexanizmi real iqtisadiyyata xidmət etmək məqsədilə uğurla tətbiq etdiyini görürük. Riskləri bölüşərək və özəl sektorun etibarlı müştərilərini dəstəkləyərək biz Azərbaycanda davamlı və uzunmüddətli iqtisadi artımı dəstəkləyirik”.
Risklərin Bölgüsü Proqramı hər iki tərəfin layihələrin maliyyələşdirilməsində bərabər iştirakını, yəni 50/50 risk bölgüsünü nəzərdə tutur. Bu mexanizm Azərbaycanda özəl sektorun inkişafını stimullaşdırmaq üçün mühüm alət hesab olunur, çünki “AzVirt” kimi şirkətlərə öz fəaliyyətlərini genişləndirmək, innovativ texnologiyaları tətbiq etmək və yeni iş yerləri yaratmaq üçün lazım olan maliyyəyə çıxış imkanı təmin edir.
“AccessBank”, AYİB və “AzVirt” arasında bu əməkdaşlıq özəl sektorun dəstəklənməsi və Azərbaycandakı bizneslər üçün maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində strateji yanaşmanın effektiv nümunəsidir. Həmçinin bu tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarının davamlı inkişafını və stabilliyini təmin edərək uzunmüddətli iqtisadi artım üçün şərait yaradır.
Risklərin Bölgüsü Proqramı maliyyə sabitliyi və biznesin inkişafını təmin etmək üçün vacib bir alətdir. Gələcəkdə “AccessBank” və AYİB əməkdaşlıqlarını genişləndirməyi və geniş bir sahibkar kütləsi üçün kapitala çıxışı yaxşılaşdıracaq yeni maliyyə həllərini tətbiq etməyi planlaşdırırlar.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook”, “Instagram”, “LinkedIn”) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Dekabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















