Icma.az
close
up
RU
“AccessBank”ın “Bizdən Biznesə” layihəsinə 400dən çox startap layihəsi ilə müraciət daxil olub AZƏRTAC

“AccessBank”ın “Bizdən Biznesə” layihəsinə 400dən çox startap layihəsi ilə müraciət daxil olub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

“AccessBank” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulunun başa çatdığını elan edir.

Bir ay ərzində (24 oktyabr - 24 noyabr) müsabiqəyə qoşulmaq üçün Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən müraciətlər daxil olub.

Müsabiqəyə təqdim olunan layihələr müxtəlif sahələri, o cümlədən rəqəmsal texnologiyalar, kənd təssərüfatı, istehsalat, ticarət və xidmət kimi sahələri əhatə edir.

Artıq bu gündən etibarən iştirakçıların ərizələri xüsusi komissiya tərəfindən təhlil edilərək Münsiflər Heyətinə təqdim ediləcək. Bu zaman innovativlik, davamlı inkişaf, iqtisadi səmərəlilik və cəmiyyətə müsbət təsir potensialı kimi meyarlara uyğun gələn layihələr nəzərə alınacaq.

Qalib layihələr 25 dekabr tarixində elan olunacaq.

“Bizdən-Biznesə” layihəsinə olan yüksək maraq bizi çox sevindirir. 400-dən artıq müraciətin daxil olması sürətlə dəyişən iqtisadi şəraitdə kiçik və orta bizneslərin bu formatda dəstəyə ehtiyacının olduğunu sübut edir. “AccessBank” olaraq müasir sahibkarlıq mühitinin formalaşmasına töhfə verməkdən qürur duyuruq, çünki daxil olunan hər bir layihə təkcə biznes ideyası deyil, həm də iqtisadiyyata, yeni iş yerlərinin yaradılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına doğru bir addımdır”, - deyə “AccessBank”ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

“Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 min manat təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 min manat, II yerin sahibinə 20 min manat, III yerin sahibinə isə 15 min manat dəyərində mükafat təqdim edilir.

Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: https://www.accessbank.az/az/bizdenbiznese

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri