Finlandiyada pişiyi öldüyü üçün xəstəlik məzuniyyətinə çıxan kişi işdən qovuldu
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Finlandiyada avtomobil mexanikinin pişiyinin ölümündən sonra yaşadığı kədər səbəbindən xəstəlik məzuniyyətinə çıxdığı bildirilib.
Oxu.Az xəbər verir ki, məlumatı "Bild" nəşri yerli KİV-ə istinadən yayıb.
Nəşr qeyd edir ki, işəgötürən bu səbəbi əsaslı hesab etməyib və işçiyə ultimatum verib: işə qayıtmaq və ya işdən çıxarılmaq. Qorxu və stres səbəbindən işçi iş növbəsinə çıxıb, lakin müəyyən səbəblərdən işdən yayındığı üçün nəticədə işdən çıxarılıb.
Bundan sonra, kişi məhkəməyə müraciət edib. Hakim onun haqlı olduğuna qərar verib və şirkəti qanunsuz işdən çıxarma və mənəvi ziyana görə 40 000 avrodan çox kompensasiya ödəməyə məcbur edib.
Lakin iddiaçı məhkəmə qərarından əvvəl vəfat edib. Nəşr bildirir ki, 40 000 avro məbləğində vəsait onun mirasına daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Yanvar 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















