Icma.az
close
up
RU
Acınacaqlı hesab olmayacaq, amma... Diniyev

Acınacaqlı hesab olmayacaq, amma... Diniyev

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər kəsə aydın olan bir oyundur. İstər səviyyə baxımından, istərsə də futbolçuların keyfiyyətinə görə bizi üstələyirlər. Belə oyuna proqnoz vermək də olmur.

Axar.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.

O, millimizin DÇ-2026-nın seçmə mərhələsində bu gün səfərdə Fransa ilə keçiriləcək oyunu haqda danışıb.

Qeyd edib ki, bu cür rəqiblə görüşlərdə nəticə yox, mübarizə aparmaq haqda düşünmək lazımdır:

“Bizim millimizdir, pozitiv olmaq, müsbət məqam tapıb ondan danışmaq istəyirəm. Gəlin etiraf edək ki, biz mübarizə aparmaqdan danışmalıyıq, nəticədən yox. Bir faiz şansımız varsa, ona əsasən danışmalıyam. Fransa millisinin bəzi aparıcı oyunçuları olmayacaq. Müdafiədə etibarlı çıxış etsək, ilk dəqiqələrdən qol buraxmasaq, bu, tədricən rəqibi narahat edə bilər. Ancaq bilirik ki, millimizi çox çətin oyun gözləyir. Düşünürəm ki, keyfiyyət baxımından yox, sadəcə meydandançanın hər qarışı uğrunda savaşmaq və özünü fəda etmək baxımından nəsə edə bilərik”.

Ş.Diniyev Avro-1996-nın seçmə mərhələsində millimizin səfərdə Fransaya 0:10 hesabı ilə məğlub olduğu matçın iştirakçılarındandır. Diniyev 1995-ci ilin sentyabrında Oserdə qeydə alınan nəticənin həyəcanının bu görüşdə də onda olduğunu bildirib:

“Desəm o qorxu yoxdur, yalan olar. Təbii ki, qorxu var. Millimizin səviyyəsi yüksəlsəydi, deyərdik ki, artıq hər şey geridə qaldı, bir daha o cür məğlubiyyət olmaz. Ancaq yenə də inanmıram və istəmirəm ki, o cür hesab qeydə alınsın. Bomba bir yerə bir dəfə düşər. Matçın ilk dəqiqələrində nələr baş verməsindən çox şey asılı olacaq. İlk 10-15 dəqiqə ərzində komandamız təzyiqlərə dözsə, müdafiədə sıx və etibarlı oynasa, elə acınacaqlı hesab qeydə alınmayacaq. Əsas ilk dəqiqələrə dözmək lazımdır. Millimiz 15 dəqiqə ərzində qol buraxmasa, özünəinam yaranacaq. Bir də 60-cı dəqiqədən sonra millimiz yorulmasa, nəyəsə ümid etmək olar. Demirəm qalib gələk, heç-heçə edək, ancaq məğlubiyyət olsa belə, uğurlu mübarizə aparaq və çətin qarşılaşmada şərəflə çıxış edək”.

Qeyd edək ki, Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri