Zaur Rzayevin dəfn olunacağı yer açıqlandı? Rəsmi
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycanın Xalq artisti, tanınmış müğənni Zaur Rzayev vəfat edib.
Mədəniyyət Nazirliyindən Gununesi.info -ya verilən məlumata görə, sənətkar oktyabrın 29-da, ömrünün 75-ci ilində dünyasını dəyişib.
Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub.
O, Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsində təhsil alıb.
Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblında, Dövlət Mahnı Teatrında və hərbi musiqi kollektivlərində fəaliyyət göstərib.
1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə “Əməkdar artist”, 2003-cü ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. O, həmçinin Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adları ilə təltif olunub.
Mədəniyyət Nazirliyi sənətkarın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.
Baxış sayı:133
Bu xəbər 29 Oktyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















