Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“Açıq bəyan edim ki, bəli, büdcə 20 faiz azaldılıb” Şahin Məmmədov

“Açıq bəyan edim ki, bəli, büdcə 20 faiz azaldılıb” Şahin Məmmədov

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Son aylarda “Cəbrayıl”ın adı maliyyə problemlərindən əziyyət çəkən klublar sırasında göstərilir. Bir aya yaxındı sular durulmur.
Səbəb Cəbrayıl təmsilçisinin əsas maliyyə dayağı sayılan Şahin Məmmədovun əlini klubdan çəkməsidi. Baş məşqçi Elhad Nəziri bir müddət əvvəl qəzetimizə açıqlamasında vəziyyətin acınacaqlı olduğunu etiraf etmiş, iş adamlarına səslənmişdi. “Cəbrayıl”ın təsisçisi Cavid Hüseynov klubun yanında olmağa çalışırdı. Amma hazırda “Səbail”i çalışdıran gənc mütəxəssis əvvəlki kimi rahat hərəkət edə bilməz. Son günlər yayılan iddialara görə, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov da kluba vəd verdiyi 100-150 min manat yardımı ayırmaqdan boyun qaçırıb.
Bütün bu məsələlər ətrafında Şahin Məmmədovla danışmağı lazım bildik. Ancaq söhbət bir qədər də uzandı…
- Şahin bəy, söhbətə sizin klubdan uzaqlaşmağınızdan başlayaq. Niyə birdən-birə “Cəbrayıl”dan əlinizi çəkdiz?
- Klubdan əlimi çəkdiyimi demək olmaz. Əlimi çəkmək olarmı? Üç ildi, yəni yaranan gündən bəri "Cəbrayıl"layıq. Klubu yaratmışıq, Region Liqasından birinci liqaya qədər birgə gəlmişik. İşlərimlə bağlı müəyyən vaxta qədər əməkdaşlığı dayandırmişam. Tam demək olmaz ki, əlaqələrimiz kəsilib. Sonradan bərpa olunacaq. Mənəvi dəstək göstərilir. Amma məşqçilər, futbolçular hamısı mənim rəhbərliyim altında, komanda şəklində yığılıb. Ona görə də birdəfəlik əlimi çəkə bilmərəm. Yığılması, klubun toplanması, məşqçinin təyin olunması - hamısında birbaşa iştirakım olub. Bir ay əvvələ qədər bütün məsələləri mən həll edirdim. İndi şəxsi işlərimlə bağlı kənarlaşmışam. Ancaq yenə də məsləhət verir, işləri yönəldirik.
- Siz ayrılandan sonra Cavid Hüseynovun kluba nəzarət etdiyi deyilirdi. Amma artıq o da premier-liqa klubu “Səbail”i çalışdırır. Bəs qərarları kim verir?
- Çempionat gedərkən elə bir qərarlar verilmir. Cavid klubun təsisçisidi. Futbolçular yığılan vaxt, təlim-məşq toplanışı zamanı, baş məşqçi təyin edilərkən qərar verilir. Çempionat başlananda bütün planlar müzakirə olunur. Yəni radikal dəyişikliklər yoxdu axı. Çempionat davam edir. Hər şey qaydasıyla gedir. Elə bir qərar verilməli məsələ yoxdu.

- Amma çempionatda iki ay sonra fasilə olacaq. Nəzərdə tutduğunuz dəyişiklikləri o zaman kimin göstərişi ilə ediləcək?

- Həmin ərəfələrdə yenə bir yerə yığışıb məsləhətləşəcəyik. Qərarı toplu şəkildə verəcəyik. Bizdə təkbaşına qərar verilmir. Məşqçilər, klub rəhbərliyi birlikdə yekun qərar verir. Müzakirələrdən sonra yol xəritəsi cızırıq.

- Bir müddət öncə komandanın baş məşqçisi Elhad Nəziri üç ay ərzində 70 minə yaxın pul xərclədiyinizi dedi. Siz ayrılandan sonra rayonun icra başçısı Kamal Həsənov da maliyyə yardımını dayandırdı.

- Xeyr, 70 mini mən yox, klub xərcləyib. Mənim şəxsi xərcim olmayıb, klubdan ayrılıb. Hazırda müəyyən addımlar atılır. Çalışırıq ki, sponsorlar da cəlb edək. Komandanın inkişafına görə sponsor tapmalıyıq. Region Liqasında da, indiyə qədər də Cəbrayılın icra hakimiyyətinin başçısı Kamal müəllim kömək edib. Bu yaxınlara qədər dəstək verib. İş adamları da dəstək olub. İndi də çalışırıq ki, yerli iş adamlarını kluba cəlb edək. Ancaq futbolda bir qədər çətindi.

- Elhad Nəziri də təsdiqlədi ki, maliyyə böhranı yaşanır. Bəs xərcləri necə qarşılamaq, futbolçuların pulunu necə ödəmək fikrindəsiz?

- Kim deyirsə ki, maliyyə böhranı var, yanılır. Elə şey yoxdu. Hər deyilən söz doğru deyil. Onu gərək bilən adamdan sorusasız. Heç bir maliyyə böhranı yoxdu. Normal təlim-məşq toplanışı keçirmişik, komandaya gənc futbolçular gətirmişik. 1-ci liqada legionersiz komandayıq. Gənc futbolçulara üstünlük veririk. Maliyyə imkanlarımız digər iddialı klublardan zəif olsa da, özünüz də görürsüz ki, nəticələrimiz pis deyil. Gənclərlə belə nəticə, məncə, yaxşı göstəricidi. Bütün klublarda legioner var. Xaricdən futbolçu gətirmək də maliyyəyə söykənir. Bir legioneri transfer etmək üçün 5 min manat rüsum lazımdı. Bizim bugünkü prinsiplərimizə uyğun deyil. Yerli futbolçulara, gənclərə üstünlük veririk. Şəraitimiz olsa, bundan dəfələrlə yaxşı nəticə verərik. Nəziri ən perspektivli, gənc məşqçilərdən biridi. Biz ona, futbolçularımıza inanırıq. Bayaq dediyim kimi, yol xəritəmizi cızmışıq və o yolla komanda davam edir. Təlim-məşq toplanışına ən birinci başlayanlardan biri də bizik. Bu günə qədər də plana uyğun işlərimiz davam edir.

- Bir ara futbolçuların maaşları verilmədiyi üçün klubdaxili narazılıq da baş qaldırmışdı…

- Maliyyə məsələlərini gərək bilən adam desin. Kimsə əsəbləşib nəsə söz deyə bilər, hansısa gənc futbolçu dostlarıyla oturar söhbət edər. Açıq bəyan edim ki, bəli, büdcə 20 faiz azaldılıb. Ancaq bu, maliyyə böhranı demək deyil. Maliyyə böhranı məvacib almamaq, məşqlərə çıxmamaqdı. Bəzən lap böyük klublarda da cərimələr, büdcə azalması baş verir. Yəni müəyyən dövrü keçmək üçün zəruri addımlar var ki, onları atmaq lazımdı. Bu gün gənc uşaqlarla necə gəldi davam etsək, qışdan sonra maaş almayacaqlar. Bir də var ki, onlar sabil şəkildə bu maaşı alsın. Bu məsələlər "Karvan"la oyundan öncə başlamışdı. Bu ciddi məsələ olsaydı, heç uşaqlar birinci yerdə olan komandaya qarşı o cür oynamazdılar. Daxili problemlər oyuna müəyyən təsir göstərsə də, elə bir sıxıntı yoxdu.

- Bəs komandanın qarşısıda hədəf kimi hansı yeri tutmaq var?

- Əlbəttə, biz həmişə çempionluğu hədəf qoyuruq. İştirak etdiyimiz bütün turnirlərdə hədəfimiz çempionluq olub. Belə hədəfimiz olmasa, heç bir rəqabətdən söhbət gedə bilməz. Gənc uşaqlara necə başa sala bilərik ki, nə üçün komandanı qurmuşuq, bu çempionatda nə üçün iştirak edirik. Ötən il 2-ci liqada da bunun üçün mübarizə apardıq. Düzdü, 2-ci yeri tutduq, amma pley-off yolu ilə birinci dəstəyə adlaya bildik.

- Yəqin görürsüz ki, 1-ci liqada "Karvan", "Qəbələ", "İmişli" kimi iddialılar var.

- Bəli, çox iddialı komandalar var. Ancaq oyuna, komandanın perspektivinə də baxaq. Hazırda, yəni 7 turdan sonra 13 xalla “İmişli” ilə bərabərik və 4-cü pillədə yer almışıq. Amma o demək deyil ki, biz birinciliyi istəməyək. Əlbəttə, uşaqlar xarakterlidi, motivasiyalıdılar. U-21 millisində iştirak edən futbolçularımız var. Onların hər biri inkişaf etmək istəyir. Bunun üçün də çempion olmaq lazımdı. Sonuncu yeri tutsaq, necə inkişaf edə bilərik? Gənc futbolçulara desək ki, 3-cü və ya 5-ci yeri tutmalıyıq, liqadan düşməməliyik, onlar necə böyük futbola addım ata bilər?! Hər oyuna qələbə əzmi ilə çıxmasalar, Azərbaycan futbolu necə inkişaf edə bilər? Bəli, ola bilər ki, bu gün bir az qıraqdan başqa cür görünür, nəyinizlə belə iddia edirsiz və s. Biz futbolçularımıza, məşqçimizə güvənirik.

- Elita təmsilçisi "Kəpəz"in də maliyyə problemi var, "Araz-Naxçıvan"ın isə stadion. Lap premyer-liqaya çıxdız, orda davam gətirə biləcəksizmi?

- Bəli. AFFA klublara pul ayırır. Yerli futbolçularla premyer-liqaya adlaya biləcəyiksə, onda ayrılan pul bizə yetməzmi? Artıqlamasıyla bəs edəcək. Bütün işləri özümüz görməyə çalışırıq. Təsərrüfat işlərindən tutmuş, komandanın yemək-içməyi, geyimi və ya təlim-məşq toplanışı - hər şeydə bacardıqca qənaət etməyə çalışırıq. Çünki çempionat uzundu. Komandada maliyyə problemi olursa, orda heç bir keyfiyyətdən söhbət gedə bilməz.

- Bir qədər əvvəl dediz ki, mənəvi baxımdan komandanın yanındasız. Bəs maddi baxımdan nə zaman qayıdacaqsız?

- Bilirsiz, mənim klubdakı əsas işim məsələnin futbol tərəfidi. Maliyyə məsələləri arxa planda dayanır. Məsələn, mənəvi cəhətdən həmişə komandanın yanındayam. Maliyyə baxımından da həmişə əlimdən gələni etmişəm. O qədər çox olmasa da, nəyə imkanım çatıbsa, etmişəm. Formanın alınması, komandanın rayonlara gedəndə nəqliyyat xərcləri, səfər oyunlarında qalmaq üçün yerləri, yəni xırda xərcləri həmişə edirəm. Böyük xərcləri isə AFFA-nın verdiyi və iş adamlarının ayırdığı büdcə ilə ödəyirik. Birinci dövrənin sonunda məsələni müzakirə edəcəyik. İkinci dövrədə, yəqin ki, kluba əvvəlki kimi dəstək göstərərəm.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri