Acunun komandası millimizin üzvünü istəyir
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi"nin qapıçısı Rza Cəfərov karyerasını xaricdə davam etdirməyə yaxındır.
Axar.az Azerisport.com-a istinadən xəbər verir ki, millimizin gənc qolkiperinə ən ciddi maraq göstərən klub Sloveniyanın "Maribor" kollektivdir. Sloveniyalılar transferi artıq bu yay başa çatdırmaq niyyətindədirlər.
Bundan əlavə, Cəfərov Rumıniyanın "Dinamo" (Buxarest), İranın "Traktor" və Finlandiyanın HİK kimi klublarının da transfer siyahısında yer alır. "Ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun da Rzaya şans vermək istədiyi bir vaxtda gənc qapıçının hansı addımı atacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Cəfərovun "Neftçi" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qəbələ"də keçirib.
“Maribor” klubunun sahibi türkiyəli iş adamı Acun İlıcalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 14 İyun 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















