Tikintiyə icazə sadələşdirilir
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda tikintiyə icazə prosedurlarının sadələşdirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində yeni mərhələyə başlanılıb.
Modern.az xəbər verir ki, həyata keçirilən dəyişikliklərin əsas məqsədi tikinti layihələrində gecikmələri azaltmaq, şəffaflığı artırmaq və sahibkarlar üçün daha əlverişli biznes mühiti formalaşdırmaqdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb.
Mütəxəssislərin sözlərinə görə, yeni mexanizm tikinti layihələrinin hazırlanması, razılaşdırılması və icazə prosedurlarında yaranan problemlərin operativ həllini, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini və icra müddətlərinə nəzarəti nəzərdə tutur.
Yeni komissiyanın fəaliyyət istiqamətlərindən biri də tikinti prosesində yaranan problemlərin sistemli şəkildə araşdırılması və aidiyyəti qurumlar arasında operativ həll mexanizminin yaradılmasıdır. Bununla yanaşı, çoxmənzilli binaların sökülməsi və yenidən tikilməsi zamanı vətəndaşların maraqlarının qorunması da diqqət mərkəzində olacaq. Çünki belə layihələrdə ən çox narahatlıq doğuran məsələlərdən biri tikinti şirkətlərinin öhdəliklərini vaxtında yerinə yetirməməsi və layihələrin yarımçıq qalmasıdır.
Beləliklə, yeni komissiyanın yaradılması tikinti sektorunda idarəetmənin təkmilləşdirilməsi, icazə proseslərinin sürətləndirilməsi və layihələrin icrasına nəzarətin gücləndirilməsi baxımından mühüm addım hesab olunur. Dəyişikliklərin nəticələrinin isə komissiyanın fəaliyyəti və hazırlanacaq təkliflərin icrası ilə ortaya çıxacağı gözlənilir.
(Xezerxeber)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 14 Noyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















