ADA da Özbəkistanın kommunikasiyaya məsul bir qrup şəxsi üçün seminar keçirilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mayın 7-sı Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçilib.
Agentlikdən APA-ya verilən xəbərə görə, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva tərəfindən keçilən seminarda iştirakçılara müasir kommunikasiya mühitində ictimai narrativlərin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin idarə olunması və strateji mesajların hədəf auditoriyalara çatdırılması ilə bağlı beynəlxalq yanaşmalar barədə məlumat verilib.
Seminarda vurğulanıb ki, rəqəmsal transformasiya dövründə məqsədi və hədəfi dəqiq müəyyənləşdirilmiş kommunikasiya strategiyalarının hazırlanması, düzgün məzmun siyasətinin həyata keçirilməsi və vahid institusional yanaşmanın tətbiqi dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















