Icma.az
close
up
RU
ADA Universitetində Hacı Zeynalabdin Tağıyev Mükafatı təqdim olunub

ADA Universitetində Hacı Zeynalabdin Tağıyev Mükafatı təqdim olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

ADA Universitetində sosial məsuliyyət ruhunu təcəssüm etdirən Hacı Zeynalabdin Tağıyev Mükafatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Sosial Məsuliyyət Günü münasibətilə təşkil olunan tədbir universitetin dəyərlərini əks etdirən və gənclərin təşəbbüskar ruhunu ortaya qoyan əlamətdar gün kimi xüsusi ruh yüksəkliyi ilə qeyd edilib.

Tədbirdən öncə kampusda təşkil olunan sərgidə tələbələr il ərzində ərsəyə gətirdikləri sosial təsirə malik təşəbbüslərini təqdim ediblər.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək bildirib: “Biz ADA Universitetində təkcə savadlı deyil, dəyərlərə bağlı, məsuliyyətli vətəndaşlar yetişdiririk. Bu işdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin irsi bizə bələdçilik edir, yol göstərir. Tələbələrimizin də bu irsi yaşadaraq, onu gələcəyə daşımağa çalışması nailiyyətlərimizdən biridir.”

Universitetinin prorektoru Günay Ziyadova çıxışında bu təşəbbüsün on ildən artıqdır ki, ADA-nın əsas ənənələrindən birinə çevrildiyini vurğulayıb.

Tədbirdə, həmçinin Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları da iştirak ediblər.

Sonda münsiflər heyətinin üzvləri tərəfindən qalib komandalar elan olunub. Birinci yerə sahib olan “Benjamin Button” komandası 2500 manat, ikinci yeri qazanan “Tech4Equity” komandası 1500 manat, üçüncü yerə çıxan “Empower Disability” və “She Leads” komandaları 1000 manat məbləğində mükafat qazanıblar.

Bu il yüzdən çox ADA tələbəsi müxtəlif mövzularda layihələr həyata keçirib. Onlar yalnız Bakıda deyil, həmçinin regionlardakı məktəblərdə, qocalar evlərində və ictimai məkanlarda fəaliyyət göstərərək, cəmiyyətin sosial inkişafını dəstəkləyən təşəbbüslərlə çıxış ediblər. Bu layihə təşəbbüsləri təhsil və biliklərin əlçatanlığının artırılması, gənclərə bacarıqların ötürülməsi, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, texnologiya və innovasiyanın sosial fayda üçün tətbiqi, eləcə də sosial inteqrasiya və icma ruhunun gücləndirilməsi sahələrini əhatə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri