Icma.az
close
up
RU
525 ci qəzet Hacı Zeynalabdin Tağıyev haqqında müfəssəl gerçəklər Ramil Əhməd yazır

525 ci qəzet Hacı Zeynalabdin Tağıyev haqqında müfəssəl gerçəklər Ramil Əhməd yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ramil ƏHMƏD

Yaxın zamanda Hacı Zeynalabdin Tağıyev mövzusuna müraciətdə bir artış var. Diqqətinizə çatdırım ki, onun haqqında kitab yazmaq, yaza bilmək 1920-1990-cı illər aralığında mümkün olmayıb. Sovet dövrünün ona münasibəti belə bir tədqiqata imkan verməyib. İlk dəfə Marat İbrahimovun 1990-cı ildə nəşr etdirdiyi "H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti" adlı kitabı uzun müddətli sükutu pozub. Tağıyev haqqında yazılanların, tədqiqatın əsasən XIX əsrin sonlarından başladığını, 1920-ci ilə qədər davam etdiyini, sonra isə XX əsrin sonlarında - müstəqillik illərində yenidən vüsət aldığını görürük.

Bu yazı Tağıyevin həyatı və gördüyü işlərdən bəhs edən iki yeni araşdırma haqqında təqdimat yazısıdır. Birincisi, araşdırmaçı, kinossenarist Müsəllim Həsənovun "Altun kitab" nəşriyyatından nəşr olunan "Hacı Zeynalabdin Tağıyev" adlı kitab, ikincisi isə "Teaspress" yayım evininin nəşri olan tarix üzrə elmlər doktoru Fərhad Cabbarovun "Səxavət dünyasının sərvəri"dir.

Hər iki kitab Tağıyevin doğumundan ölümünə qədər həyatının əsas önəmli mərhələləri, qərarları barəsində arxiv sənədlərinə əsasən qələmə alınıb. İki kitabın da, mənə görə, birinci növbədə faydalılığı Tağıyev haqqında doğru bilinən yanlışları aydınlaşdırması, gerçəkləri ortaya qoymasıdır. Hər iki kitab istər üslub, istərsə yanaşma nöqteyi-nəzərdən fərqli, özünəməxsus olsa da bir-birini təkrar edən məqamlar da az deyil. Tağıyevin neft sənayesində qazandığı uğur, həmçinin qeyri-neft sənayesindəki investisiyaları, xeyriyyəçilik fəaliyyəti kimi mövzular iki kitabın da əsas aparıcı xətti olduğu görülür. Hər iki kitab Nəriman Nərimanovdan (Tağıyevin ilk bioqrafı) etibarən özlərinə qədərki əsas mənbələrə istinad etməsi, onlarla tanış olması əslində, bizim üçün bir rahatlıq yaradır. Yəni biz bu iki tədqiqatı oxumaqla əslində onlara qədər yazılmış araşdırmaların, kitabların, məqalələrin, xatirələrin əsas hissələri ilə tanış oluruq. Bir növ kitab içində onlarla kitablarla tanış olmaq fürsətimiz yaranır.

Müsəllim Həsənəovun müəllifi olduğu kitab Fərhad Cabbarovun kitabına nəzərən daha çox ümumi səciyyə daşıyır. F.Cabbarovun kitabı daha çox spesifik oxucuya xitab edir. O oxucuya ki, o, baş verənlərin arxasındakı tarixi sənədləri, onların variasiyalarını, bəhs olunan məqamların hansı mənbədən gəldiyinə maraq göstərir. Mövzu üzrə tədqiqat aparanlar üçün kitab əsas mənbələrə yönləndirən təməl qaynaq kimi də istifadə oluna bilər. Müsəllim Həsənovun təqdim etdiyi bilgilər də, heç şübhəsiz, sənədlərdən qaynaqlansa da, o, hər fikrin arxasında mənbəni göstərmir. Bu hal kitabın oxu prosesini əslində rahatlaşdırır. Oxucu lazım olan informasiyanı əldə edir. Üstəlik, M.Həsənov bilgiləri ayrı-ayrı başlıqlar altında bir hekayə kimi təqdim etməsi kitabın uğurlu tərəflərindən biridir. Kitab özünəməxsus nəql etməsi ilə informasiya axınını unutdurur, Tağıyevin həyatının önəmli məqamlarına işıq tutur.

Tağıyev elə bir şəxsiyyətdir ki, həyatı fərdi xarakter daşımır. Onun ömrü Azərbaycan tarixinin ən ziddiyyətli dövrlərini əhatə edir. Həm Çarlıq, həm də Cümhuriyyət dövrünün önəmli hadisələrinin içində yer alan, bir çox hadisələrin birbaşa iştirakçısı olan Tağıyev həmçinin sovet dövrünün də ilk dörd ilini təcrübədən keçirmişdi. Bu mənada onu tam anlamaq üçün bu mürəkkəb dövr haqqında məlumatlı olmaq vacibdir.

İstinad olunan mənbələrin zənginliyi "Səxavət dünyasının sərvəri" kitabının ən önəmli keyfiyyəti kimi önə çıxır. Kitabın əhəmiyyətli xüsusiyyətinin biri Tağıyevin qərarlarını, həyatını, dünyasını anlamaq üçün onun içində olduğu tarixi-sosial münasibətləri, dövrün reallıqlarını, siyasi və iqtisadi bazasını bizə göstərir. Belə olduğu halda baş verənlərə daha geniş planda baxmaq fürsəti yaranır. Məsələn, XIX əsrdə təhsil alanlara dair kiçik bir statistikasını nəzərdən keçirək: "1897-ci ildə Bakı Müqəddəs Nina məktəbində 320 nəfər təhsil alırdı, onların 153-ü rus, 109-u erməni, 19-u yəhudi, 17-si alman, 11-gürcü, 5-i polyak, 9-u digər millətlərdən idi. Orada cəmi 3 müsəlman təhsil alırdı. XIX əsrin sonunda Azərbaycanın bütün orta məktəblərində 1283 nəfər qız oxuyurdu ki, onlardan yalnız 6-sı azərbaycanlı idi". Dövrün mənzərəsini göstərən bu rəqəmlər Tağıyevin təhsil sahəsində gördüyü işlərin miqyasının konturlarını tam şəkildə aydınlaşdırır. Bu statistikanın fonunda Qızlar Məktəbinin açılması, Tağıyevin həm daxildə, həm də xaricdə tələbələrin təhsil alması üçün ayırdığı təqaüdün əhəmiyyətini başa düşmək olur. F.Cabbarovun zaman-zaman təqdim etdiyi bu kimi məlumatlar Tağıyevin qərarlarının mahiyyətini və tarixi əhəmiyyətinin yerini bir daha dəqiqləşdirir.  

Bir-birini müəyyən mənada tamamlayan bu kitabları oxumaqla Azərbaycan tarixində fenomenal şəxsiyyət olan Hacı Zeynalabdin Tağıyevin həyatı və yaşadığı dövr haqqında müfəssəl bilgilər əldə etmək mümkündür. Hər iki kitab 2024-cü ilin ən yadda qalan, uğurlu nəşrləridir. Naşirləri, müəllifləri və oxucuları təbrik edirəm!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri