Icma.az
close
up
RU
ADA Universitetində İqtisadiyyat Nazirliyinin rəhbər heyəti üçün Liderlik Proqramına start verilib

ADA Universitetində İqtisadiyyat Nazirliyinin rəhbər heyəti üçün Liderlik Proqramına start verilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 may, AZƏRTAC

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli əməkdaşlarının bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Liderlik Proqramına start verib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, proqramın rəsmi açılış mərasimində ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva, eləcə də İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova çıxış ediblər.

Aygün Hacıyeva proqramın məqsədləri, tədris planı və gözlənilən nəticələr barədə geniş məlumat verib. O, ADA Universitetinin İxtisasartırma Proqramının dövlət qulluqçularının peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, bu proqram rəhbər heyətin sürətlə dəyişən iş mühiti və yeni trendlərə çevik şəkildə uyğunlaşmasına, qərarvermə və idarəetmə bacarıqlarının artırılmasına xidmət edir.

İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova çıxışında bu təşəbbüsün dövlət idarəçiliyində liderlik potensialının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, proqram beş moduldan ibarətdir və hər qrup üzrə 30 akademik saat ərzində tədris olunacaq. Təlimlər dövlət, özəl və akademik sektorları, eləcə də beynəlxalq təşkilatları təmsil edən 10-dək təcrübəli ekspert tərəfindən aparılacaq.

Modullar komanda və dəyişikliklərin idarə olunması, liderlikdə effektiv kommunikasiya, strateji qərarvermə, ictimai çıxış və danışıqların aparılması kimi mövzuları əhatə edir. Proqram çərçivəsində 25 rəhbər dövlət qulluqçusu həm nəzəri biliklərini artıracaq, həm də interaktiv sessiyalar vasitəsilə praktiki bacarıqlarını inkişaf etdirəcək.

ADA Universitetinin İxtisasartırma Proqramının İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzi ilə birgə təşkil etdiyi proqram mayın 16-dan başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri