Icma.az
close
up
RU
ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə “Liderlik Bacarıqlarının İnkişafı” Proqramını yekunlaşdırıb FOTO Doğru Xəbərlər

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə “Liderlik Bacarıqlarının İnkişafı” Proqramını yekunlaşdırıb FOTO Doğru Xəbərlər

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə təşkil etdiyi “Liderlik Bacarıqlarının İnkişafı” Proqramını başa vurub.

Bu münasibətlə ADA Universitetində bağlanış mərasimi keçirilib, iştirakçılara sertifikatları təqdim edilib.

Mərasimin ilk çıxışçısı, ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri Aygün Hacıyeva qeyd edib ki, peşəkar mühitdə durmadan dəyişən yeni tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar fonunda dövlət qulluqçularının daimi inkişafının təmin edilməsi, onların liderlik bacarıqlarının inkişafı əhəmiyyətlidir. Bunları nəzərə alan İxtiasartırma Proqramı 30-dək dövlət qurumunu təmsil edən 3000-dən çox dövlət qulluqçusunun iştirakı ilə müxtəlif proqramlar təşkil edib və bu proqamlar özlüyündə qurumlararası bilik, bacarıq mübadiləsi platforması rolunu oynayıb.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əlili çıxış edərək kadr potensialının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə təşkil edilən proqramların yüksək rəqabətli insan kapitalının formalaşdırılmasındakı rolu qeyd edilib. A.Əlili proqramın səmərəli təşkilinə görə ADA Universitetinə təşəkkürünü bildirib.

Proqam iştirakçıları təlimlərin idarəetmə, liderlik, komanda quruculuğu və nitq bacarıqlarının təkmilləşdirilməsi baxımından faydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, iki aydır davam edən proqram 7 moduldan ibarət olub.

Həmin modullar liderlik bacarıqları, etiket və protokol qaydaları, habelə komandanın uğurlu idarə edilməsi və motivasiya kimi mövzuları əhatə edib. Strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi, danışıqların aparılması, nitq bacarıqları və liderlik ünsiyyəti məsələləri də modulların mövzuları sırasında yer alıb.

Dövlət, özəl və akademik sektorun ekspertləri tərəfindən tədris edilən və interaktiv formatda keçirilən proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası” və real hadisə analizi kimi sessiyalarda iştirak ediblər.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://dogru.az
archiveBu xəbər 20 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri