Icma.az
close
up
RU
ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib

ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 fevral, AZƏRTAC

ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktəbin yeni istifadəyə verilmiş məkanında təşkil edilən tədbirin məqsədi tələbələri, onların ailə üzvlərini və aqrar-qida ekosisteminin tərəfdaşlarını bir araya gətirmək, yeni məktəb-tədris-təhsil mühiti ilə tanış etmək olub.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, “AgroDairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov və digərləri fakultənin üzərinə düşən missiya, yeni təhsil mühitinin üstünlükləri barədə iştirakçılarla fikirlərini bölüşüblər.

Çıxışlarda ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatının əsas prioritetlərdən biri olduğu, aqrar sahənin strateji önəm daşıdığı, aqro-qida sistemi məsələlərinin iqlim dəyişikliyi fonunda daha mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Aqrar sahədə kadr hazırlığının vacibliyinə diqqət çəkən natiqlər bu istiqamətdə ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri məktəbinin fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə sahə üzrə mütəxəssislərin yetişdirilməsində mühüm rolunu diqqətə çatdırıblar. Qeyd olunub ki, universitet-sənaye, habelə universitet-dövlət-özəl sektor tərəfdaşlığı yeni nəsil mütəxəssislərin formalaşmasına öz töhfəsini verəcək.

Sonra tədbir iştirakçıları aqrar sektorda çalışan 15-dək şirkətin məhsullarının sərgiləndiyi stendlərlə tanış olublar. Şirkət təmsilçiləri iştirakçılara öz məhsulları barədə geniş məlumat verib, istehsal prosesi barədə təqdimatlar ediblər.

Tədbir tələbələr, ADA Universitetinin rektoru Hafiz Paşayev, rəhbər və pedaqoji heyəti, dövlət və özəl sektorun nümayəndələri arasında səmimi dialoq və fikir mübadiləsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Fevral 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri