Icma.az
close
up
RU
Adam tanıyıram müdirə gəlib deyir ki,... MÜSAHİBƏ/VİDEO

Adam tanıyıram müdirə gəlib deyir ki,... MÜSAHİBƏ/VİDEO

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni-gitarist Şahin Sadiqin SİA-ya müsahibəsini təqdim edirik:

- Gənc ifaçılar niyə bu qədər qınaq obyektinə çevrilirlər?

- Mən də gənc ifaçı olaraq cavab verəcəm. Düşünürəm ki, keçmiş zamanlarda gözəl sənətçimiz Zeynəb Xanlarova var idi, bu gün keçmişə baxdıqda sadəcə olaraq Zeynəb Xanlarova xatırlanır. Halbuki həmin dönəmdə də bir sıra xanım ifaçılar var idi ki, səhnəyə çıxsaydılar, bu gün tanınardılar. Tanınmış ifaçılarımız çoxdur. Sadəcə olaraq bu gün Zeynəb Xanlarovanın adı səslənir. İndi də ifaçı çoxalıb, yerindən duran hamı özünü müğənni adlandırır. Efirlərdə biabırçılıq baş alıb gedir. Məsələn, səsi olmayan ifaçını dəvət edirlər. Hansı ki, sosial şəbəkələrdə trendə düşən ifaçıdır. Mən həmişə deyirəm ki, bir insanı sevdirmək onun təqdimatından başlayır. Efirlərimizdə olan təqdimat da belədir. İfaçını insanlara elə təqdim edirlər ki, izləyici artıq qərar verir ki, bu, həqiqətən də, hörmətli insandır, həqiqətən də, gözəl səsə malik müğənnidir. Bugünkü zamanda da istər maddi baxımdan, istər həqiqi sənətçilərin sadəcə olaraq qısqanclığı ucbatından passivləşən ifaçılarımız var.

- Sizin fikrinizcə, gənc ifaçılardan kimləri yaxşı və ya pis sənətçi hesab etmək olar?

- Maraqlı, bir az da qəliz sualdır. Məsələn, dostumuz Miri fitri istedaddır. Hələ ən yaxınlarımdan danışıram. Hər şey öz əhatəmizdən başlayır. Özümü də o sıraya qatıram. Şübhəsiz ki, məndən də sənəti çox irəlidə olan insanlar var. Bizim sadəcə olaraq fəaliyyətimizin yaxşı irəliləməməsinə səbəb əhatəmizin bizi qısmağıdır. Bu dilənçilik məsələsi təkcə ifaçılarda deyil. Bəzən olur ki, məkanlarda da bu dilənçilik halları baş verir. Bəlli büdcə qarşılığında səhnə almağa başlayırsınız, bir də görürsünüz ki, rəhbər, adminstrator deyir ki, filan qədər bəxşiş qazanmısan, onun müəyyən faizi bizə çatacaq. Ya bizdə oxumalısan, ya da başqa adam gətirəcəyik. Belə biabırçı hallar var.

- Bəzi populyar müğənnilər niyə "pub"larda oxumağa üstünlük verirlər?

- Burada məqsəd əlavə gəlirdir. Mən ailəvi məkanlarda da, "pub"larda da səhnə alıram. Ailəvi məkanlarda məvacibdən əlavə qazancımız, bəxşişimiz daha az olur. Amma "pub"larda daha çox üstünlük təşkil edir. Ona görə də, baxırıq ki, yarım saatlıq fonoqram oxuyan ifaçı gəlir, hansı ki, fonoqramın özündə də problem var. O adam məsələn, 500 manat qarşılığında səhnə alır. İnsanlar da yaxşı musiqidən qidalanmalıdırlar, dincəlməyə gəlmisiniz. Onsuz da, məkanın sahibi də sizə görə onu çağırır. Çünki bilir ki, insanlarımızın musiqi duyumu korlanıb, o adama qulaq asırlar. O da əlavə pul da verərək həmin ifaçını çağırır.

- Gənc müğənnilərdə başlıca olaraq çatışmayan cəhətlər nədir?

- Çatışmayan cəhətləri, təbii ki, hamısına şamil etmirəm. Bir sıra müğənnilər var ki, işə məsuliyyətlə yanaşmırlar. Məsələ pul almaq deyil, məsələ işi keyfiyyətli etməkdir. Bu gün hər hansı məkanda əyləşən qonaqlar axı bizi bəyəniblər. Məqsədimiz də odur ki, səsimizi göstərək, insanlar sevsin. Sevdikləri müddətdə də ailədaxili tədbirlərinə dəvət etsinlər. Bu kimi hallar yaşana bilər. Sənətçilər bir az məsuliyyətli yanaşmırlar. Mahnı seçimlərinə baxırsınız ki, ailəvi məkanda bu mahnı oxunmalı deyil. Amma gəlib oxuyurlar.

- Dilənçilik, yoxsa sənət?

- Küçə sənəti bizdə son illərdə dəb halını alıb. Hətta yaşadığım Sumqayıt şəhərində belə rastlaşıram. Əvvəllər yox idi. Amma baxırıq ki, küçədə ifa edən müğənni, gənc nəslin səsi çox gözəldir. Onlar fonoqrama oxumurlar. Heyfim gəlir, çalışıram ki, o adama səhnə verə bilirəmsə, verim. Çünki bahalı səhnə alan müğənnilərdən çox daha gözəl oxuyurlar. Bizim restoran, "pub" sferasında ifaçılar tanıyıram ki, onlar, həqiqətən də, dilənçi adına layiqdirlər. Adam tanıyıram müdirə gəlib deyir ki, pulsuz şabaşa gəlirəm. Bu, səviyyəsizliyin son həddidir. Bu hal dilənçiliyin ən üst səviyyəsidir. Ona görə, deyirəm ki, yaxşı mövzudur.

- Müğənninin toyda şabaş alması düzgündür?

- Məsələ burasındadır ki, müğənni şabaşı necə alır, verən necə təqdim edir. Əgər onu görüntü üçün edirsə, rüsvayçılıqdır. Sənətini yuxarıda göstərmək istəyir, amma fərqində deyil ki, çox aşağılardadır.

- Niyə bəziləri küçədə ifa edənləri sənətkar yox, dilənçi kimi görür?

- Bəziləri yanlış düşüncədə olduqlarının fərqindədir. Sadəcə insanlarımız bir az mövzu qaynasın deyə, hər quyuya daş atmağı sevirlər. El məsəli var ki, beş barmağını bal et, qoy ağzına yenə deyəcək ki, zəhərdir.

- İnsanlar niyə bəzən sənəti dilənçi kimi qəbul edirlər? Buna hər hansı bir sübut var?

- Əlbəttə, dırnaqarası müğənnilərimizin rüsvayçılıqlarını görürlər. Efirlərimiz də sağ olsun, bu cür müğənniləri insanlara göstərir deyə, şüuraltında yaş da qurunun oduna yanır.

- Küçə musiqisiçilərinin efirə və səhnəyə çıxması üçün şərait var?

- Xeyr, yoxdur. Mən gənc ifaçı kimi kənardan gördüyümü deyirəm, efirlərimizin bir çox hissəsi bazara dönüb. Bazar olmadığı müddətcə də gərək o sənətçi, gənc ifaçı axşam bir mahnı oxuyub sosial şəbəkədə yerləşdirsin, səhər oyanıb görsün ki, izlənmə elə həddə çatıb ki, artıq edir tələb edir ki, həmin müğənnini çağırsın, reytinq olsun. Bizdə efir bu dərəcədə biabırçılıqdır. Hər efirə şamil olunmur, amma əfsuslar olsun ki, çox hissəsi bu vəziyyətdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri