Icma.az
close
up
RU
Adama bir maşın: Kreditlə, baha və köhnə...

Adama bir maşın: Kreditlə, baha və köhnə...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər Bakıda avtomobil sayı sürətlə artmaqdadır. 

İctimai nəqliyyatın inkişafı, alternativ nəqliyyat vasitələrinin təşviqi və s. hələ də Bakıda avtomobil sıxlığının qarşısını ala bilməyib. Bu tendensiya təkcə yol-nəqliyyat sıxlığını deyil, həm də hava çirklənməsi və ekoloji tarazlığın pozulması kimi ciddi problemləri gündəmə gətirir. Avtomobillərin sayının azaldılması artıq kompleks yanaşma tələb edir. 

Bakıda avtomobil sayını azaltmaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, əhali sayı və iqtisadiyyat artdıqca nəqliyyat vasitələrinə olan tələbat da artır.

Onun sözlərinə görə, hazırda əsas diqqət köhnə və yararsız avtomobillərin sayının azaldılmasına, avtomobil parkının yenilənməsinə yönəlib: 

“İctimai nəqliyyat hələ inkişaf mərhələsindədir. Hazırda ictimai nəqliyyatda əsas yük metro və avtobusların üzərinə düşür. Azərbaycanda avtomobil sayını azaltmaq kimi bir hədəf yoxdur. 

Bu, mümkün olan şey deyil və real görünmür. Çünki əhali sayı və iqtisadiyyat genişləndikcə, nəqliyyat vasitələrinə olan tələbat da artır. Əgər biz avtomobil sayını azaltmaqdan danışırıqsa, bu, dolayısı ilə iqtisadiyyatın kiçildilməsi deməkdir.

Sadəcə, köhnə və yararsız avtomobillərin sayının azaldılması, avtomobil parkının yenilənməsi istiqamətində müəyyən addımlar atılıb. Dövlət artıq ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin ölkəyə idxalı və ölkə daxilində istifadəsi ilə bağlı bir sıra stimullaşdırıcı və həvəsləndirici addımlar atıb və qərarlar qəbul edib”.

Eldəniz Cəfərov qeyd edib ki, vətəndaşlar yeni avtomobil almaqda çətinlik çəkir:

“Lakin bu gün yeni avtomobil almaq asan məsələ deyil. Kreditlə avtomobil almaq da vətəndaşlar üçün çətinləşib. Bir çox hallarda banklar avtokreditlər üçün müraciət edən vətəndaşlara, hətta yüksək maaş alanlara belə mənfi cavab verirlər. Bir çox hallarda vətəndaşlar kreditlə təzə avtomobil ala bilmirlər.

Məsələn, 2016-cı ilə qədər vətəndaşlar daha çox yeni avtomobillərə üstünlük verirdilər. Lakin manatın devalvasiyasından sonra əvvəl 19 000 manata satılan avtomobilin qiyməti 30 000 manata yüksəldi. Belə olan halda vətəndaşlar yeni avtomobil ala bilmədilər və bu səbəbdən də köhnə maşınlara tələbat artdı. Uzun müddət insanlar xaricdən gətirilən işlənmiş avtomobilləri almağa və istifadə etməyə başladılar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Sıxlıq avtomobil Eldəniz Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri