Adambaşı 120 manat... DSK Şirvanşah da ziyafətə nə qədər xərcləyəcək?
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsi (DSK) fiziki şəxs Ziya Zeynalov Zakir oğlu ilə satınalma müqaviləsi bağlayıb.
"AzPolitika" xəbər verir ki, müqavilə “Şirvanşah” muzey restoranında əvvəlcədən razılaşdırılmış menyu əsasında iaşə xidmətinin göstərilməsi ilə bağlıdır.
Sənədə əsasən, ziyafət yeməyinin adambaşına qiyməti 120 manat müəyyən edilib. Xidmətin ümumi dəyəri 2160 manatdır. Satınalma birbaşa metodla həyata keçirilib.
“Şirvanşah” muzey restoranı vergi qeydiyyatında “Şirvanşah Muzey Restoran” MMC kimi fəaliyyət göstərir. Reyestr məlumatlarına əsasən, şirkət 2023-cü ildə qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Anar Hacızadə Bayram oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















