Qadın evli olduğunu gizlədən sevgilisini məhkəməyə verdi
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyada qadın evli olduğunu gizlədən və uşağı dünyaya gəldikdən sonra onu tərk edən həkim sevgilisindən 22 milyon yen (təxminən 140 min dollar) təzminat tələb edir.
Lent.az xəbər verir ki, bu barədə “Tokyo Reporter” nəşri məlumat yayıb.
Tokioda yaşayan qadının sözlərinə görə, həkimlə münasibətləri 2023-cü ildə başlayıb. Kişi subay olduğunu desə də, qadın hamilə qaldıqdan sonra evli olduğunu etiraf edib.
Həkim həyat yoldaşından boşanaraq onunla ailə quracağına söz verib. Lakin uşaq dünyaya gəldikdən sonra qadınla əlaqəni tamamilə kəsib.
Qadın həmçinin hamiləlik dövründə həkim tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edib.
Bundan sonra o, Tokio Rayon Məhkəməsinə müraciət edərək aldadıldığını və şəxsi münasibətlərdə sərbəst seçim hüququnun pozulduğunu bildirib.
“Məsələ təkcə onun evli olduğunu gizlətməsi deyil. Yalan vədlərinə, hamiləliyə, uşağın doğulmasına və məruz qaldığım zorakılığa görə məsuliyyət daşımasını istəyirəm”, – deyə qadın açıqlayıb.
O, məhkəmə prosesinin digər qadınları da oxşar aldatma hallarından qorumağa kömək edəcəyini bildirib.
Həkim isə vəkilinin tövsiyəsinə əsasən ittihamları şərh etməkdən imtina edib.
İş üzrə məhkəmə qərarı hələ çıxarılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 Noyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















