Adanada FACİƏ Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı VİDEO
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şirkətinə məxsus “Ultra Light” tipli təlim təyyarəsi qəzaya uğrayıb.
Qəza nəticəsində pilot Burak Yürekli və sərnişin Şeyda Doğan ağır yaralanıb.
Araşdırmalar zamanı məlum olub ki, Şeyda Doğan həmin təyyarəyə sevgilisinin hazırladığı evlilik təklifi sürprizi üçün minib. Təyyarə eniş zolağına yaxınlaşarkən, yerdə gözləyən sevgilisi cihazlar vasitəsilə ona evlilik təklifi edib.
Qızın “bəli” cavabından sonra təyyarənin qəza keçirdiyi mobil telefon kamerasına əks olunub.
Hadisə yerinə dərhal xilasedicilər və tibb işçiləri cəlb olunub. Yaralılar Adana şəhər xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















