Icma.az
close
up
RU
“Şəfa” fasiləyə məğlubiyyətsiz, “Baku Sportinq” 2 ci pillədə yollandı!

“Şəfa” fasiləyə məğlubiyyətsiz, “Baku Sportinq” 2 ci pillədə yollandı!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 24-25-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 12-ci tur da yekunlaşdı. Beləliklə, komandalar qış fasiləsinə yollandı. Bəs, ilin son matçları hansı nəticələrdə yadda qaldı?

İlk oyun günündə iddialılar “doğma divarlar” arasında meydana çıxdı. “Mingəçevir” “Şahdağ Qusar”ı, “Səbail” “Şimal”ı, “Baku Sportinq” “Zaqatala”nı sınağa çəkdi. Maraqlıdı ki, ilk iki dueldə çempionluğa iddialılar xal itirdi: “nur şəhəri”nin təmsilçisi heç-heçə etdisə, “dənizçilər” aşkar austayderə uduzdu! Düzü, mingəçevirlilərin məlum səbəblərdən üzləşdiyi maddi problemləri nəzərə alsaq, durumun getdikcə pisləşəcəyi gözlənilən idi. Sadəcə, hadisələrin axarına müdaxilə etmək lazım gəlirdi ki, təcrübəli baş məşqçi Ramiz Məmmədov fəsadları aradan qaldırmaqda aciz qaldı. Yeri gəlmişkən, bu oyundan əvvəl “Mingəçevir”dən Seymur Məmmədov noyabrın ən yaxşı qolunun müəllifi kimi mükafatlandırıldı. Ona mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim etdi.
“Səbail”in durumu daha çətindi. Bayıl təmsilçisi imkanlarından düzgün istiqamətdə yararlana bilmir. Təkcə xaçmazlılara məğlubiyyət yox, həm də “Cəbrayıl” və “Şahdağ Qusar” ilə görüşlərdə qeydə alınan xal itkiləri “dənizçilər”in ciddi təhlükəylə üz-üzə olmasına bariz sübutdu. Düzdü, Bayıl təmsilçisi “Şəfa” və “Baku Sportinq”lə oyunlarda da eyni aqibəti yaşayıb. Ancaq burdakı mənzərəni fərqləndirmək olar. Ona görə ki, Buzovna təmsilçisi bu turda da qələbə qazandı. “Zaqatala”ya qalib gələn komanda qış fasiləsinə 2-ci pillədə yollanmaqla mövsümün sürprizi statusunu haqq etdi. Rüstəm Məmmədovun yetirmələriylə bağlı isə çox danışmağa dəyməz. Hər halda, zaqatalılar güclülərin ən yaxın izləyicisidi.
Tura dekabrın 25-də keçirilən oyunlarla yekun vuruldu. Günün ilk matçında MOİK-in qonağı olan “Şəfa” proqnozları doğrultdu: ikinci hissədə rəqibin müqavimətini qırmağı bacaran paytaxt təmsilçisi liderliyini möhkəmlətdi. Hələ ötən tur “qış çempionu” olan bakılılar fasiləyə məğlubiyyətsiz yollandı! “Hərbçilər” isə nə büdcəsinə, nə də heyətinə uyğun nəticələr qazanır... İlin son qarşılaşmasını Ağsuda izlədik. “Cəbrayıl”ı qəbul edən “Difai” mövsümdə ilk dəfə 5 qollu qələbə qazandı. Belədə sonuncu sıradakı “Şimal”la aradakı xal fərqini 4-ə çatdıran ağsulular bir qədər rahatlaşdı. Qarabağ təmsilçisinə gəlincə, bu komanda onsuz da təhlükəli zonada deyildi. Ancaq bir çox sahədə olduğu kimi, futbolda da arxayınlıq cəzasız qalmır...
Bu arada turun ən çox tamaşaçı toplayan komandası “Mingəçevir” oldu (220). “Baku Sportinq”in ev matçında 55, qalan komandaların oyunlarında isə 50 azarkeş oldu.
1. Şəfa 12 9 3 0 27-8 30
2. Baku Sportinq 12 7 4 1 20-11 25
3. Səbail 12 6 4 2 18-11 22
4. Mingəçevir 12 6 3 3 21-13 21
5. Zaqatala 12 5 2 5 14-16 17
6. MOİK 12 4 2 6 14-16 14
7. Cəbrayıl 12 4 0 8 20 22 -2 12
8. Şahdağ Qusar 12 3 3 6 15-20 12
9. Difai 12 2 3 7 17-24 9
10. Şimal 12 1 2 9 10-35 5
Bombardir: Seyxan Fərəcov (MOİK) – 11.
Növbəti turun oyunları fevralın 5-7-si aralığında keçiriləcək: Cəbrayıl – MOİK, Şəfa – Baku Sportinq, Zaqatala – Səbail, Şimal – Mingəçevir, Şahdağ Qusar – Difai.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri